Diaspor sədri sirri açdı: keçmiş deputat Bəydəmirli SSRİ DTK-nın agentidir

22.07.2019 - 13:14

“Nazim Bəydəmirli SSRİ DTK-ı tərəfindən “verbovka” olunub, Voronejdə saunada tənbeh edilib, qayınatasından polisə şikayət verib”.

Sabiq deputat Nazim Bəydəmirli öz Facebook səhifəsində ictimai fəal, diaspor nümayəndəsi Daşqın Gülməmmədovu “agent” adlandırıb. Onun bu ittihamı cavabsız qalmayıb. D.Gülməmmədov sosial şəbəkədə sabiq deputata kəskin cavab verib və onu ifşa edən sensasiyalı ittihamlar səsləndirib. Diaspor nümayəndəsi bildirib ki, 2005-2010-cu illərdə Azərbaycan parlamantinin üzvü olan və deputat olduğu müddətdə “Məmmədov” soyadı daşımış Nazimin Rusiya Federasiyasının kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi barədə onda ciddi şübhələr yaranıb:

“Bu şübhələr yeni yaranmayıb. Bu barədə Azərbaycanın bütün müvafiq qurumlarına rəsmi müraciət etmiş, əlimdə olan faktları onlara təqdim etmişəm”.

Gülməmmədov bildirib ki, Azərbaycanda Rusiyaya bağlı “beşinci kolon” fəaliyyət göstərir, Nazim Bəydəmirli də həmin agentura şəbəkəsinin bir nümayəndəsidir:

“1980-ci illərin sonlarında o tələbə olarkən saxta diplom satan bir şəbəkəyə qoşulub. Bu işlə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhər şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin saxta sənədlərin hazırlanması ilə bağlı maddəsi ilə iş açılıb. Bu iş, təbii olaraq, prokurorluğun və DTK-nın da diqqətini cəlb edib. O, SSRİ DTK-nın Voronej Vilayət Dövlət Təhlükəsizliyi İdarəsinin Əks-Kəşfiyyat şöbəsinin rəisi, polkovnik Vladimir Kulakov tərəfindən “informator” kimi əməkdaşlığa cəlb edilib. Məhz bu əməkdaşlıq sayəsində həbsdən qurtarır, şəbəkənin digər üzvlərini isə satır. Həmin şəbəkənin digər üzvləri isə digər cinayət əməlləri də açılaraq xeyli müddət həbsdə yatırlar. Onlardan bir neçəsi həbsdən çıxdıqdan sonra Nazim Məmmədovu tapıb saunaya aparırlar və orada, belə deyək, tənbeh edərək Voroneji tərk etməsini tapşırırlar. Nazim Məmmədov məhz bu “mərasim”dən sonra Azərbaycana qayıtmalı olub”.

Gülməmmədovun bildirdiyinə görə, Nazim Bəydəmirli hazırda da Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlığını davam etdirir, onlara müxtəlif səpkili məlumatlar ötürür: “Hazırda onun kurotoru Rusiya Kommunist Partiyasının Voronej vilayət şöbəsinin fəallarından biridir. Həmin şəxs kəşfiyyat polkovnikidir və Bakıya da tez-tez gəlir. Nazim Bəydəmirlinin biznes əlaqələrinin qurulmasında da onun ciddi rolu var”.

Daşqın Gülməmmədov onu da bildirib ki, Nazim Bəydəmirlinin “informatorluq” mərəzindən və hədsiz tamahından zaman-zaman onun doğmaları da əziyyət çəkir.

“Məsələn, o, öz qaynatasını – Bakı Dövlət Universitetinin professoru Rüfət Rüstəmovdan bir dəfə polisə şikayət etmişdi. Həmin şikayətində Nazim Bəydəmirli qaynatasını ona külli miqdarda pul atmaqda ittiham edirdi. Sonradan şikayətini geri götürdü, ancaq bu şikayəti araşdırmış hüquq- mühafizə orqanlarının, məhkəmə institutunun əməkdaşları sağdır. Həmin şikayətin bir nüsxəsi də onlarda qalmaqdadır. Yəni, mən heç nəyi faktsız danışmıram. Bir daha deyirəm, əlimdə olan bütün faktları lazımi ünvanlara təqdim etmişəm, yeniləri əlavə olunduqca da həm dövlət orqanlarına, həm də KİV-ə təqdim edəcəm”. (aznews.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=129953

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930