Jirinovski: 2024-cü ilə Ukrayna adlı dövlət qalmayacaq

22.07.2019 - 20:16

Vladimir Zelenski Ukraynanın sonuncu prezidenti olacaq.

Virtualaz.org bildirir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.

“Bu, sonuncu seçkilər idi. 2024-cü ildə orda heç bir seçki olmayacaq. Ukrayna adlı dövlət də qalmayacaq. Siz Yaxın Şərqdəki situasiyanı nəzərə alırsınız. Orada elə hadisələr başlayacaq ki, hər kəs Ukraynanı unudacaq. Hər şey III Dünya müharibəsinə doğru gedir. İran Vyetnam, Şimali Koreya və Kosova deyil”, – Jirinovski bildirib.

Onun fikrincə, “keçmiş Ukrayna” ərazisində Yaxın Şərq ölkələrindən gələn qaçqınlar məskunlaşdırılacaq, bu işə Avropa, Rusiya və Türkiyə fəal kömək edəcəklər. Bu baxımdan, Jirinovski Rusiyaya loyal bütün vətəndaşlara artıq bu gün Rusiya Federasiyasına köçməyi təklif edib.

“Burada sakit yaşamaq, işləmək imkanı var. Orada isə — məsələni FHN ayırd edəcək. Bu, Ukraynaya kömək edə biləcəyimiz yeganə şeydir”, – deyə RLDP lideri vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130001

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728