İran Hörmüz boğazında hərbi təlimlər keçirəcəyini anonsladı – Rusiya ilə birgə…
İyulun ortalarında Amerika Birləşmiş Ştatları (ABŞ) məhz bu su hövzəsində İranın pilotsuz uçağını vurub.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, uçaq ABŞ hərbi-dəniz qüvvələrinə məxsus gəmini və onun ekipajını təhdid edib. Bu barədə islam respublikası hərbi-dəniz qüvvələri komandanı Hüseyn Xanzadiyə istinadla İRNA agentliyi xəbər verib.
«Biz, Rusiya tərəfinin HKQ-nin iştirakı ilə iki ölkənin Hind okeanında birgə hərbi-dəniz təlimlərinin keçirilməsi barədə razılığa gəlmişik. Ümid edirik ki, təlimlər cari ilin sonuna qədər baş tutacaq» – deyə, İran rəsmisi bildirib, amma təlimlərin dəqiq vatını dəqiqləşdirməyib.
Xanzadi bildirib ki, təlimlər okeanın şimal hissəsində və Hörmüz su hövzəsində keçiriləcək.
Hörmüz bağazı isə Fars və Oman körfəzlərini birləşdirir. (AzPolitika.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=130767