Cəbhənin Qazax istiqamətində gərginlik: Ermənistan ordusunun Baş qərargah rəisi səngərdə

31.07.2019 - 12:10

Ermənistan ordusunun Baş qərargah rəisi, general-leytenant Artak Davtyan təmas xəttinin son günlər müəyyən gərginliyin yaşandığı Qazax istiqamətinə baş çəkib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Artak Davtyan sərhəddə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görülməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib.

Xatırladaq ki, iyulun 27-də və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin mövqeləri düşmən tərəfdən atəşə tutulub. Cavab atəşi ilə düşmən ordusunun iki əsgəri yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728