Paşinyanın son ümidi: Qarabağ Nersesyanı

01.08.2019 - 17:31

Bu yaxınlarda erməni mediası, Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyanın Kaliforniyaya səfərini, orada erməni diasporu və lobbi dairələrinin nümayəndələri ilə keçirdiyi bir sıra görüşləri ətraflı, demək olar ki, addımbaaddım işıqlandırdı.

Səfirin, ümumiyyətlə, etdiyi çoxsaylı adi səfərlərindən birinə mətbuatın bu qədər həssaslıqla diqqət yetirməsinə səbəb nə idi?

Görünür, burada media-müşayiət daha əhəmiyyətli idi, nəinki diplomatın özü və səfəri. Sanki erməni ictimaiyyətinə xüsusi ünvanlı reklamla xatırladılırdı ki, Varujan Nersesyan adında belə adam var. Ancaq bəzi məlumatlara görə, mediadakı bütün bu hay-küy tamamilə xarici amillərindən asılı olan Ermənistanın əsas nazirinin-XİN rəhbərinin dəyişdirilməsi üçün məlumat hazırlığı elementi də ola bilər.

Ermənistanda hətta deyirlər ki, bu yaxınlarda baş nazir Nikol Paşinyan bu barədə qərarını elan edəcək və Zohrab Mnatsakanyanı məhz Varujan Nersesyan əvəz edəcək.

Əhəmiyyətli bir məqam, yeri gəlmişkən, Nersesyan əslən Qarabağdandır və istisna deyil ki, dövlət başçısı bununla nüfuzlu Qarabağ erməni icmasının, necə deyərlər, könlünü almaq istəyir.

Məlum olduğu kimi, bundan əvvəl N. Paşinyan dəfələrlə Qarabağ ermənilərinin Azərbaycanla sülh danışıqlarında iştirakının vacib olduğunu bəyan edib. Tamamilə mümkündür ki, bu təyinatla baş nazir vəziyyəti düzəltməyə çalışsın, çünki Qarabağ ermənilərini danışıqlar masasında heç kimin görmək istəmədiyini başa düşür. Belədə isə istəsən də, istəməsən də Xarici İşlər Nazirliyinin rəhbəri, Qarabağdan olan Nersesyan danışıqlarda iştirak etməyə borcludur.

Bütövlükdə isə bütün bunlar Yerevandakı hakimiyyətin ümumi qeyri-sabitliyindən xəbər verir. Bu baxımdan, dövlət başçısının reytinqinin davamlı olaraq aşağı düşməsi, keçənilki hadisələrin eyforiyasının tədricən yoxa çıxması fonunda, əsas nazirin dəyişdirilməsi erməni ictimaiyyətinin diqqətini yalnız qısa müddət ərzində yayındıra bilər. Yəni bununla vəziyyəti bu yerə gətirib çıxaran səbəbləri aradan qaldırmaq mümkün deyil. Çünki Ermənistanın istənilən xarici işlər naziri və onun ən ali siyasi rəhbəri, nəhayətdə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı əsas məsələlərə görə cavab verməli olacaqlar. Və bunsuz “erməni kabinetindəki” dəyişikliklər heç bir nəticə verməyəcək, əksinə, ölkəni özünün saldığı dalandan çıxarmaq üçün Ermənistan siyasi elitasının zəifliyini və qabiliyyətsizliyini ortaya qoyacaq.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=131211

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728