Artıq Nümayəndələr palatasının yarısından çoxu Trampın impiçmentinə dəstək verir
ABŞ Nümayəndələr palatasının ən azı yarısı prezident Donald Trampın impiçment olunmasına dəstək verir.
Musavat.com xəbər verir ki, bu barədə UPİ.com agentliyi məlumat yayıb.
Nüfuzlu “The Washington Post” qəzeti də Konqres üzvü Salud Karbacala istinadən aşağı palata üzvlərinin prokuror Robert Müllerin ifadələrini impiçment üçün kifayət hesab etdiklərini bildirib.
“Son bir neçə ildə xalqımız bu prezidentdən demokratiymazla uyğunlaşmayan sözlər eşidib və hərəkətlərini görüb. Biz Donald Tramp və onun müttəfiqlərinin seçkilərə necə hiylə qarışdırdığını, cəmiyyətimizin strukturunun mənəvi cəhətdən çökdüyünü müşahidə edirik. Ən əsası isə başa düşmək lazımdır ki, xalqımıza rəhbərlik edən bu adam həqiqətədən qaçır, öz komandasına isə hər gün onlarla yalan söyləməyi əmr edir”,-deyə Karbacal dövlət başçısını cinayətkar əməllər törətməkdə ittiham edib.
Salud Karbacal
Xəbərdə Nümayəndələr palatasındakı iclasda iştirak edən 235 deputatın 118-nin preizdentin vaxtından qabaq vəzifədən kənarlaşdırılmasından yana çıxış etdiyi qeyd olunub.
Lakin bu demokratların impiçmentlə bağlı müvəffəqiyyətə nail olması anlamına gələ bilməz.
“Politico” saytının verdiyi məlumata görə, impiçmentə ən çox müqavimət göstərən, Donald Trampın sərt tənqidçilərindən biri sayılan Nümayəndələr palatasının spikeri Nensi Pelosidir. Onun fikrincə, bunun üçün palatadakı demokratlardan əlavə respublikaçı deputatların və cəmiyyətin böyük hissəsinin bu məsələyə dəstək verməsi vacibdir.
Lakin məlum olduğu kimi, Nümayəndələr palatasında hətta ona nifrət etsə belə, Donald Trampın prezidentlikdən kənarlaşdırılmasını istəyən respublikaçı üzv yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=131407