“Avromaydan”da xüsusi qəddarlığı ilə fərqlənən polkovnik bu dəfə Moskvada iş başında…

04.08.2019 - 16:04

Ötən gün Moskvanın Bulvarnaya prospektində müxalifət tərəfdarlarının azad seçkilər tələbi ilə keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasının dağıdılması zamanı ukraynalı polkovnik gözə dəyib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvanın mərkəzində mitinqçiləri dağıdan “Rosqvardiya” döyüşçülərinin komandirləri arasında Ukraynanın xüsusi təyinatlı “Berkut” polis polkunun keçmiş komandir müavini Sergey Kusyuk da yer alıb.

Xəbər verildiyi kimi Moskva şəhər Dumasına seçkilərdə müxalifətçi namizədlərin qeydə alınmamasına etiraz olaraq keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri 600-dən çox etirazçını saxlayıb. Polis və “Rosqvardiya” etirazçılara qarşı xüsusi qəddarlıqla güc tətbiq edib, saxlanılanlar arasında jurnalistlər, müxalifət lideri Aleksey Navalnının Korrrupsiyaya qarşı Mübarizə Fondunun fəalları və digərləri, habelə təsadüfən yoldan keçənlər və aksiyaya heç bir aidiyyatı olmayanlar da var. Aksiyanın keçirildiyi ərazidə mobil rabitə bloklanıb.

Bildirilir ki, polkovnik Sergey Kusyuk mitinqi dağıdanlara rəhbərlik edənlərdən biri olub. Onun barəsində Ukraynada bir neçə cinayət işinin qaldırıldığı məlumdur. Ukraynada hakimiyyət dəyişikliyindən sonra Kusyuk Krıma qaçıb, daha sonra Moskva OMON-unda işə keçib və ilk dəfə 2017-ci ilin iyununda mitinqlərin dağıdılmasında iştirak edib.

Посмотреть изображение в Твиттере
Polkovnik Kusyuk 2011-2014-cü illərdə Kiyevdə keçirilən etirazlar zamanı məşhurlaşıb. 2012-ci ildə o, br qrup “Berkut” döyüşçüsü ilə birlikdə, mülki geyimdə Kiyevin “İppodrom” metro stansiyası qarşısında etiraz aksiyasının iştirakçılarına hücum edib, bir neçə nəfəri şil-küt edib, çənələrini, qol qabırğalarını sındırıb.

Kiyevdə 2013-cü ilin sonlarında başlayan və Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən “Avromaydan” hərəkatı zamanı Kusyuk “Berkut” polkunun komandir müavini kimi etirazçılarla döyüşüb, meydan hərəkatının qərargahının yerləşdiyi binaya hücuma başçılıq edib. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Kiyevdə səfərdə olduğu bir vaxtda etirazçıların qərargahını dağıdıb.

Hakimiyyət dəyişikliyindən sonra onun barəsində Kiyevdə bir neçə cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131546

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930