Demokratlar ABŞ-dakı kütləvi qətliamlara görə Trampı ittiham etdilər
Birləşmiş Ştatlarda baş verən kütləvi qətliamlarla bağlı olaraq müxalif demokratlar bütün günahı prezident Donald Trampda gördülər.
Musavat.com-un “Reuters”-ə istinadən verdiyi məlumata əsasən, Demokrat parityasının öndə gələn siyasətçiləri burada hazırkı prezidentin irqçi söyləmlərini və onun silah dövriyyəsi azadlığı haqqında qanunu dəstəkləməsinin rolunun böyük olduğunu bildiriblər.
Senator Kori Buker (Nyu-Cersi ştatı) Donald Trampın iqtidara gəldiyi gündən qorxu, nifrət və fanatizm yaydığını söyləyib. Demokrat partiyasından prezidentliyə əsas namizədlərdən sayılan, Nümayəndələr palatasanın keçmiş üzvü Beto O`Rurk baş verən hadisələri prezidentin anti-immiqrtant ritorikasına bağlayıb. Yeri gəlmişkən, atışmanın baş verdiyi Texas ştatının El-Paso şəhəri Beto O`Rurkun doğulduğu bölgə sayılır. “Tramp açıq irqçidir və bütün ölkədə ancaq irqçiliyi təbliğ edir”, -deyə senator qəzəblə bildirib.
Meksika kökənli namizəd Xulian Kastro (keçmiş şəhərsalma naziri-red.) kütləvi qırğının əsl səbəbini prezidentin immiqrantlar haqqında işlətməyi xoşladığı “işğalçılar” kəlməsində görür.
Vermont şatatının senatoru və prezidentliyə namizəd Berni Sanders də itttihamlara qoşulub. Onun sözlərinə görə, amerikalılar Tramp və onun tərəfdarlarının dəstəklədiyi fanatizmin təhlükəli təzahürlərinə qarşı birləşməli və mübarizə aparmalıdır.
Xatıalrdaq ki, bu həftənin sonlarında ABŞ-da 3 kütləvi atışma ilə müşhidə olunan qırğın baş verib. Çikaqo (İllinoys ştatı) və Deyton (Ohayo ştatı) şəhərində icraçıların motivləri hələ bəlli deyil. İlk hadisədə ən az 7 insan yaralanıb, ikincisində isə 9 nəfər öldürülüb.
Avqustun 3-də El-Paso şəhərinin “Ceilo Vista” ticarət mərkəzində cinaətkarın açdığı atəş nəticəsində 20 nəfər öldürülüb. Hücumdan öncə atəş açan şəxs sosial şəbəkədə yaydığı “manifestdə” ultrasağ şüarlarla çıxış edib və ölkəni “latın amerikalı işğalçılardan qorumaq istədiyini” deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=131580