Azərbaycanlılar arasında kütləvi dava: biri öldü, meyitini gətirmək üçün pul yığırlar

05.08.2019 - 12:59

Ukraynanın Çernovets şəhərində ötən şənbə günü azərbaycanlılar arasında baş vermiş və bıçaqlanma ilə müşaiyət olunan kütləvi dava nəticəsində bir nəfər ölüb. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ölən şəxsin 23 yaşı olub, o yaralı halda xəstəxanaya çatdırılsa da həkimlər həyatını xilas edə bilməyiblər.

 

Habelə qarın boşluğundan bıçaq zərbəsi almış daha bir azərbaycanlı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə davada daha iki nəfər xəsarət alıb.

Faktla bağlı üç ayrı cinayət işi qaldırılıb. Dava iştirakçılarından biri saxlanılıb, ölən azərbaycanlının meyitini Azərbaycana gətirib dəfn etmək üçün isə sosial şəbəkələrdə pul yığırlar…

Short URL: http://www.cumhuriyyet.net/?p=131635

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728