Paşinyan Xankəndi meydanında çıxış etdi, “miatsum” dedi…

06.08.2019 - 14:52

Ermənistanın baş naziri Nikol Paşinyan gözlənildiyi kimi bu gün avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndində 31 il əvvəl-erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən “Birləşmək” (“miatsum”) şüarları bu gün də təkrarlanıb. Özü də Paşinyanın dilindən.

Ermənistan baş naziri deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü dipplomatiyanın yekun məqsədi “miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.

Paşinyanın bu sözlərinə meydana toplaşanlar “miatsum” qışqıraraq reaksiya veriblər.

Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi “Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq.

Hərçənd Paşinyan Qarabağ məsələsinin “sülh yolu ilə həllinə istiqamətləndiklərini” deyib, baxmayaraq ki, onun “miatsum” şüarı məsələnin sülh yolu ilə nizamlanmasına şans buraxmır.

*   *   *17:09

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün qədim Azərbaycan torpaqları olan Dərələyəzdə, indiki Sünik vilayətində kabinetinin bir neçə üzvü ilə birlikdə asma körpünün üstünə çıxaraq rəqs edib, tərəfdarlarını Qarabağa toplaşmağa çağırıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın körpüdə rəqsi “Sparapet Günü” bayramı ilə əlaqəlidir. Erməni rəvayətlərinə görə 18-ci əsr erməni “milli-azadlıq hərəkatının” lideridir, Qarabağ və Dərələyəz ermənilərinin İrana qarşı mübarizəsinə rəhbərlik etmiş sərkərdədir.

Paşinyan körpüdə rəqsini Facebook üzərindən canlı yayımlayıb, kadrlara əsasən o Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla və müdafiə naziri David Tonoyanla “Köçəri” rəqsinə oynayır.

Paşinyan kadr arxasından bildirir ki, bu gün rəqs edənlər təkcə nazirlər deyil, körpünün altındakı qayalıqlarda və dərədə toplaşan yerli sakinlərdir.

Baş nazir sosial şəbəkələrdəki abunəçilərini  Sünik vilayətinə və Qarabağa toplaşmağa səsləyib. Sünikdə rəqsini başa vuran Paşinyan işğal altındakı Dağlıq Qarabağa gəlib.

Xatırladaq ki, Paşinyan bu gün Xankəndində mitinq keçirəcəyini anons edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=131734

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728