Erməni mediası minval.az-a qarşı hücuma keçib: səbəbi…

08.08.2019 - 19:42

Emil Mustafayev: “…Rus peykindən bundan artıq nə gözləmək olar?”

Erməni mediası “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli informasiya portalı minval.az-a qarşı qara piar kampaniyası aparır. “Ermənistanın səsi”ndə dərc olunan müəllif yazısında minval.az-ın məqalələri təftiş edilib və onun “Rusiya əleyhinə fəaliyyət göstərdiyi” nəticəsinə gəlinib. Müəllif eyni zamanda qeyd edib ki, guya minval.az saytı rusofobiya ilə məşğuldur, regionda baş verən bir çox konflikt situasiyalarda Rusiyanı səbəbkar bilir. Məqalədə Rusiyaya da bu məsələdə xəbərdarlıq edilir, guya Azərbaycan media orqanlarında onun qara piarının aparılması yazılır.

Minval.az saytının baş redaktoru Emil Mustafayev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təmsil etdiyi sayt Ermənistanla informasiya müharibəsində birinci sırada dayanır. Onun sözlərinə görə, son iki il ərzində situasiyanı dəyişməyə nail olublar və nəticədə müdafiə mövqeyindən müntəzəm hücumlar mərhələsinə keçiblər. Bu isə erməni təbliğatçıları üçün həqiqi kabusa çevrilib: “Biz ona nail olduq ki, onlar hazırda bizim demək olar ki, hər xəbərimizə, məqaləmizə reaksiya verir, müdafiə olunurlar. Təbii ki, burda söhbət rusdilli mediadan gedir.  Amma erməni mediasının istənilən “cavab”ı, “hücum”u onların zəifliyinin göstəricisidir”.

Konkret “Ermənistanın səsi”ndə dərc edilən məqaləyə gəlincə, E.Mustafayev hesab edir ki, burada cəmi bir nüans var – cavab verməyə heç bir arqument olmayıb, amma nəsə yazmaq üçün fantaziyanı işə salıblar: “Arayış üçün deyim: onlar bizim bir ay ərzindəki məqalələrin başlıqlarından ibarət buraxılış hazırlayıblar və bu qənaətə gəliblər ki, biz gün ərzində ancaq və ancaq Rusiya əleyhinə materiallar dərc edirik. Birincisi, onların seçimləri təkcə bir ayın yox, son iki ayın məqalələrini əhatə edir. Bu məqamda onlar Rusiyanı tənqid edən altı məqalə başlığını misal çəkirlər. Arayış üçün: son iki ayda xarici siyasət gündəliyində müxtəlif mövzularda 100-dən çox məqalə nəşr edilib. Üstəlik onlardan biri, Kremlin Bakı ilə Tiflis arasındakı münasibətlərin gərginləşməsində necə rol oynaması və Moskvanın bu məsələdə ermənilərə necə kömək etməsindən bəhs edilir. Yəni bu, informasiya müharibəsinin bir hissəsidir və tərəflər hər birinə münasibətdə fərqli fəndlərdən istifadə edirlər – kimsə, indiki halda isə İrəvan təbliğatçıları həqiqətləri təhrif edərək, neqativ fon yaratmağa cəhd edir və öz sahibləri olan Rusiyaya göstərməyə çalışılar ki, baxın, Bakı mətbuatı Moskvaya qarşı nə yazır? Rus forpostundan bundan başqasını necə gözləmək olar? Bakını Moskva ilə vuruşdurmaq üçün primitiv bir  cəhd. Əlbətdə ciddi insanlar bunun yalnız bir təbliğat hiyləsi olduğunu başa düşürlər. Qalanları üçün ümid edirəm ki, bu materialı oxuduqdan sonra vəziyyət daha da aydınlaşar”.

E.Mustafayev eyni zamanda qeyd etdi ki, ABŞ-ın Suriyaya münasibətini qardaş Türkiyə ilə münasibətlər kontekstində müntəzəm olaraq tənqid edirlər: “Buna görə də yaxın gələcəkdə erməni mətbuatının haqqımızda “Baxın, “Minval.az” Vaşinqtonu tənqid edir” yazısına təəccüblənmək lazım deyil. Xüsusən də indi, diplomatiyamızın qələbəsini, ABŞ-da İrəvanın Xankəndindəki marionetlərinə yardımı dayandırmaq qərarını nəzərə alanda  bu təəccüb yersizdir”.

Haqqında söz gedən yazı isə bu linkdədir: 

http://yerkramas.org/article/157197/partner–gotovyj-udarit-v-spinu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131905

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031