Pakistan Kəşmirlə bağlı müharibə variantını istisna etmir

10.08.2019 - 17:47

Pakistan hökuməti Kəşmir bölgəsi ətrafındakı vəziyyətin kəskinləşəcəyi təqdirdə müharibə variantını istisna etməsə də, hələlik diplomatiya vasitələrinə üstünlük verir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə danışan Pakistanın Rusiyadakı səfiri Qazı Xəlilullah hazırda Hindistana qarşı siyasi, diplomatik, hüquqi müstəvilərdə addımlar atdıqlarını, hökumət üçün müvafiq tövsiyyələr hazırlayacaq xüsusi komitə yaradıldığını qeyd edib.

“Fevral ayında Hindistan Pakistana qarşı təcavüzə yol verərək hava məkanımızı pozmuşdu. O zaman baş nazirimiz Pakistanın zəruri halda özünü müdafiə etmək üçün lazımi tədbirlər görmək iqtidarında və buna hazır olduğunu bildirmişdi. Məsələ milli təhlükəsizliyimizlə bağlı olanda özümüzü qorumaq iqtidarında və əzmindıyik. Bu dəfə də eyni sözləri dedik. Hindistan tərəfdən hər cür təcavüz hərəkətinə müvafiq şəkildə cavab verəcəyik” – deyə pakistanlı diplomat vurğulayıb.

Xatırladaq ki, ötən həftə Hindistan hökumətinin təşəbbüsü əsasında prezident Ram Nath Kovind əsasən müsəlman əhalinin yaşadığı Cəmmu və Kəşmir ştatının Konstitusiyanın 370-ci maddəsində təsbit olunmuş xüsusi statusunu imzaladığı fərmanla ləğv edib. Həmin bölgədə federal hökumətin nəzarətinə veriləcək iki federal dairənin yaradılması qərarlaşdırılıb. Bölgə müsəlmanlarının himayəçisi kimi özünü tanıdan Pakistan hökuməti də cavab olaraq Hindistanla diplomatik münasibətlərini aşağı səviyyəyə keçirdiklərini, ticarət əlaqələrini kəsdiklərini, bir sıra ikitərəfli sənədləri dayandırdıqlarını elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031