Bayram günləri hava necə olacaq?

10.08.2019 - 17:54

Bayram günlərində Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən virtualaz.org-a verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23°, gündüz 24-27°, sonrakı günlərdə 28-31° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15°, gündüz 16-21°, bayram günlərində 25°-dək isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında avqustun 11-də havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 12-13-də gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18°, 11-də gündüz 22-27°, sonrakı günlərdə 30°-dək, dağlarda gecə 8-13°, gündüz 14-19° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 25-30°, sonrakı günlərdə 33°-dək, dağlarda gecə 13-18°, gündüz 19-24° isti təşkil edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131978

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930