Azərbaycan tankçıları Çinə qalib gəlib – FOTOLAR

10.08.2019 - 18:05

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışmalarında Azərbaycan Çin Xalq Respublikasına qalib gəlib.

“Report”un məlumatına görə, Moskva vilayətinin Alabino poliqonunda Tank yarışmalarının yarım final mərhələsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə göstərib.

Yüksək liqanın yarım final mərhələsində Azərbaycan Respublikasının rəqibləri Çin Xalq Respublikası, Qazaxıstan və Serbiya olub. Yüksək peşəkarlıq göstərən tankçılarımız döyüş texnikasını məharətlə idarə edərək hədəflərin 90%-ini vurub və maneləri ustalıqla keçiblər.

Polkovnik Sakit Verdiyevin “Report”un Rusiya bürosuna verdiyi məlumata görə, Azərbaycan komandasının göstərdiyi nəticə yüksəkdir: “Biz hər il hərbi oyunlarda iştirak edirik. İldən ilə nəticələrimizi analiz etsək uğurun göz qabağında olduğunu görmək olar. Bu il Azərbaycan tankçıları güçlü rəqiblərdən sayılan Çin Xalq Respulikasını bütün göstəricilərdə üstələdi.”

Ermənistanın iştirakı və Azərbaycana qarşı təxtibatı barədə məlumat verən polkovnik bildirib: “Bu yarışlarda biz Ermənistanı rəqib kimi görmürük, onlar adi mərhələni belə keçə bilmirlər. Onların işi sadəcə təxribat törətmək və iştirak etmək kimi bir illuziya yaratmaqdır”.

Qeyd edək ki, tankçılarımızın finala çıxması bütün göstəricilərin hakimlər tərəfindən hesablanmasında sonra məlum olacaq. Final oyunları isə avqust ayının 15-i baş tutacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=131988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031