Paşinyanın yenə şit hərəkətlərilə müxalifəti qəzəbləndirib – FOTO

10.08.2019 - 18:25

Ermənistanın baş nazirinin ofisi Qırğızıstanda səfərdə olan Paşinyanın Belarusun baş nazirilə “sıcaq münasibətlərini” əks etdirən fotosunu yayıb. İsıkkul gölünün sahilində keçirilən əyləncəli tədbirdən çəkilən foto sosial şəbəkələrdə müxtəlif cür yozulmağa başlayıb.

Məsələ ondadır ki, ermənilərin bir çoxu, xüsusilə də Paşinyana müxalif siyasi qüvvələr baş nazirin özünü xarici səfərlərdə apara bilməməsini qeyd edirlər. Həmçinin bildirirlər ki, ümumiyyətlə Paşinyanın xarici səfərlərinin böyük hissəsi lazımsız, səmərəsiz görüşlərə həsr olunur və Ermənistan büdcəsinə ziyandan başqa heç nə gətirmir.

Qırğızıstanda Avrasiya İttifaqı ölkələrinin baş nazirlərinin toplantısını da əsas etibarilə formal tədbir hesab edən ermənilər bu dəfə də Paşinyanın şit davranışlarından narazılıqlarını ifadə ediblər. Sözügedən, tədbirdə Paşinyandan başqa Rusiya, Qırğızıstan və Belarusun baş nazirləri iştirak ediblər.

Onu da vurğulamağa dəyər ki, adı çəkilən 3 ölkədə əsas söz sahibi prezidentdir və baş nazirlər bizim Novruz Məmmədovdan bir o qədər də fərqlənmirlər. Bu səbəbdən tədbirdə ortaq rəqəmsal məkanın yaradılması, bəzi gömrük rüsumlarına yenidən baxılması kimi əsasən texniki məsələlər müzakirə olunub. Ona görə də mətbuatı daha çox tədbirin qeyri-formal hissəsi, baş nazirlərin istirahəti maraqlandırıb. Elə Paşinyanla Belarusun baş naziri Sergey Rumasın “səmimi görüntüsü” də İsıkkul gölünün sahilində keçirilən konsertdən çəkilib.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin Paşinyana münasibəti bəllidir. Hətta görüşlərin birində onun Ermənistanın baş nazirini necə ələ saldığının görüntüləri də yayılmışdı. Yəqin bu səbəbdən Paşinyan daha çox Belarusun baş nazirilə ünsiyyət qurmağa çalışıb. Lakin bəzi erməni sosial şəbəkə istifadəçiləri Paşinyanın Belarusun baş nazirilə qarşılıqlı “diş ağartmasını” Lukaşenkoya “bata bilməyən” baş nazirin onun əlaltısı ilə xoş münasibət qurmaq cəhdi kimi qiymətləndiriblər. (AzPolitika)

02030401

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=132006

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930