Azərbaycanda dünyasını dəyişən uşaqların sayı və ölüm səbəbləri – ŞOK STATİSTİKA

03.09.2019 - 11:00

Azərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 5 yaşadək 1825 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 2058, 2016-cı ildə 2092, 2015-ci ildə isə 2395 uşaq dünyasını dəyişib.

Ölən uşaqların çoxu oğlanlar olub. Keçən il dünyasını dəyişən uşaqların 1065-i oğlan, 760-ı qız olub.

Ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1433-ü oğlan, 979-u qız olub.

Ötən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.

Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. Ötən il sinir xəstəliklərindən 289, tənəffüs sistemi xəstəliklərindən 215 uşaq dünyasını dəyişib,

2018-ci ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 214, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 197 uşaq dünyasını dəyişib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132284

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31