“Hiss olunur ki, Patruşevin səfəri ciddidir…” – Tofiq Zülfüqarov

04.09.2019 - 18:51

Sentyabrın 3-də prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

tofiqAzərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfərini “Amerikanın Səsi”nə şərh edərkən bildirib ki, Nikolay Patruşevin Azərbaycana səfəri Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artdığı bir vaxta təsadüf edir. “Hiss olunur ki, Nikolay Patruşevin səfəri vacib və ciddi bir səfərdir. Ən əsası da Ermənistan-Azərbaycan münasibətlərinin gərgin halını nəzərə alsaq, hiss olunur ki, vacib mövzulara həsr olunan bir səfərdir. Bir də qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyanın bu ilin yayından başlayan təhdidedici siyasəti Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Çünki Ermənistan rəhbərliyinin bu cür siyasəti hərbi əməliyyatların bərpasını çox real edir. Hiss olunur ki, Paşinyanın əsas məqsədi bu hərbi əməliyyatlardan bəhanə kimi istifadə edərək, qəbyönümlü siyasətini daha da fəallaşdırmaqdır. Ermənistan rəhbəri həm də bundan istifadə edərək, onu qəbul etməyən Rusiya rəhbərliyinin himayəsindən uzaqlaşmaq istəyir,” – Zülfüqarov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=132458

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31