İTV-nin binasında yanğın: zəhərlənənlər var
Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən APA-ya verilən məlumata görə, yanğın zamanı 1974-cü il təvəllüdlü Qarayev Rövşən Yasin oğlu və 1979-cu il təvəllüdlü Quliyev Ramiz Tağı oğlu tüstüdən zəhərlənib.
Onlara kəskin inhalasyon zəhərlənmə diqanozu qoyulub.
* * *
Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.
Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.
İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.
Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=133727