Bakıda dam örtüklərinin təmiri davam edir: sırada …

22.10.2019 - 14:47
Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə paytaxt Bakı şəhərinində 380 ədəd çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 10,0 milyon manat vəsait ayrılıb. İlk növbədə dam örtüyünin təmir ediləcək 380 binanın siyahıları, görüləcək işlərin həcmi və digər məsələlər dəqiqləşdirilib, işləri görəcək podtatçılar müəyyənləşdirilib.
Bu barədə “Cümhuriyyət”ə BŞİH-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident sərəncamının icrası ilə bağlı artıq paytaxtın əksər rayonlarında işlərə bağlanılıb. Binaların köhnə dam örtükləri sökülərək, sıradan çıxmış, çürümüş hissələri dəyişdirilir, damda suyun axıdılması üçün maillik qurulur, yeni örtük qatı çəkilir. Damlarda navalçalar yenilənir, tüstü bacaları təmir olunur və təmizlənir.
Podratçı təşkilatlar tərəfindən görülən işlərin aparılmasına, onların keyfiyyətinə, icra müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən ciddi nəzarət edilir. Bununla əlaqədar təsərrüfat xidmətlərinin mütəxəssisləri gündəlik olaraq işlərin gedişatını, təmir zamanı istifadə edilən materialların keyfiyyətini yoxlayır, yol verilən texnoloji çatışmamazlıqların dərhal aradan qaldırılmasını təmin edir.
Sərəncamın icrası ilə bağlı paytaxtın Nizami və Suraxanı rayonlarında da dam örtüklərinin təmiri ilə bağlı işlərə başlanılıb və işlər böyük sürətlə həyata keçirilir. Dam örtüklərində aparılan təmir işlərinin yekunu binanın sakinlərinin də daxil edildiyi Komissiya tərəfindən qəbul edilir. Podratçılara bildirilib ki, işin nəticəsi qaneedici və keyfiyyətli olmasa həmin dam örtüyü onlar tərəfindən yenidən təmir ediləcəkdir.
380 binanın dam örtüyü ilə bağlı işlər tam başa çatana kimi icra strukrurları tərəfindən nəzarət aparılacaq, başa çatmış hər bir dam örtüyü müvafiq komissiya tərəfindən qəbul ediləcək, podratçıya ödənişlər iş qəbul edildikdən sonra həyata keçiriləcəkdir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930