Bakının iki magistralında sürət həddi endirilib

01.11.2019 - 10:23

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Cümhuriyyət”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

“Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=135639

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728