Bakıda ağır qəza: 1 nəfər öldü, 2 azyaşlı yaralandı
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Cümhuriyyət”in məlumatına görə, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
Bununla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, baş verən avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub:
“Qəza nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar.
Hazırda yaralılara lazımi tibbi yardım göstərilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=135811