Sınaq və magistraturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI

16.01.2020 - 15:32

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə imtahan yanvarın 26-da keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Cümhuriyyət”ə verilən xəbərə görə, fevralın 2-də magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 16-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanı (I-IV ixtisas qrupları üzrə, II mərhələ) keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanı fevralın 23-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart (1, 9, 15, 29 mart) ayında keçiriləcək.

Digər imtahanların qrafiki ilə buradan tanış olmaq mümkündür.

“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik”, -DİM-dən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930