UKRAYNA TƏYYARƏSİ “TOR-M1” RAKETİLƏ VURULUB – İran hesabatı yayıb

21.01.2020 - 09:41

İranın Mülki Aviasiya Təşkilatının Ukraynaya məxsus ”Boeing” təyyarəsinin vurulması haqqında ikinci ilkin hesabatı onu göstərir ki, təyyarə ZRK “Tor-M1” kiçik hərəkət radiuslu “yer-hava” tipli iki raketi tərəfindən vurulub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının saytında dərc edilmiş sənəddə bildirilir.

Hesabatdan göründüyü kimi, “Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra əyləncə parkındakı “maneə” ilə toqquşub və yerə düşüb. Təyyarə sonra futbol meydançasına keçib, tamamilə dağılıb və alova bürünüb.

Sənədə əsasən təyyarə Tehrandan yerli vaxtla saat 6:12-də uçub, hava maşını 8,1 min fut (2,4 min kilometr) hündürlükdə olanda “Boeing”lə əlaqə itib. Layner saat 6:15-də və 6:18-də iki dəfə ilkin müşahidə radarlarından itib.

Mehrabad aeroportunun ilkin müşahidə radarlarının məlumatına görə, saat 6:15 təyyarə hərəkət istiqamətindən kənara çıxıb və sağa dönməyə başlayıb və “ehtimal ki,” üç dəqiqə boyunca aeroporta tərəf uçuş davam edib. Sonra təxminən saat 6:18-də radarlardan itib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141130

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930