İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür – Azərbaycanlılar isə ora axışır…

22.02.2020 - 13:24

İranda yüksək vəzifəli məmur koronavirusa yoluxub. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, həmin məmur Tehranın inzibati dairələrindən birinin rəhbəri Mürtəza Rəhmanzadədir. İran Dövlət Televiziyası bildirir ki, Tehranın 13-cü inzibati dairəsinin rəhbəri ötən gün fevralın 21-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Xəstəxanada aparılan test müsbət olub, yəni diaqnoz təsdiqlənib. Məmurun vəziyyəti barədə məlumat verilmir.

Xəbər verildiyi kimi İranda son bir neçə gündə koronavirusa azı 18 yoluxma halı təsdiqlənib, 4 nəfər ölüb. Virus ilk dəfə şiələrin müqəddəs Qum şəhərində qeydə alınıb, daha sonra Tehran, Babel, Arak və İsfahanda da yoluxma halları aşkarlanıb.

İranın plan-büdcə təşkilatının rəhbəri Məhəmməd Baker Nobahat bildirib ki, ölkənin Səhiyyə Nazirliyi ölümcül koronavirus epidemiyasının qarşısını almaq üçün bütün zəruri avadanlıqlarla və maliyyə vəsaiti ilə təmin olunub. “Plan-büdcə təşkilatı vətəndaşlarımızın həyatını qorumaq üçün istənilən məbləği ayırmağa hazırdır”,-o deyib.

İran Səhiyyə nazirliyinin infeksion xəstəliklərlə mübarizə Departamentinin rəhbəri Mino Mohrez isə bəyan edib ki, COVİD-19 virusu ölkənin bütün iri şəhərlərini bürüyə bilər. Onun sözlərinə görə, insanların yoluxmanın əsas ocağı olan Qum şəhəri ilə Tehran və digər şəhərlər arasında fəal hərəkətini, gediş-gəlişini nəzərə alaraq virusun artıq əksər iri şəhərlərdə yayıldığını demək olar. Mino Mohrez deyib ki, onlar artıq yoluxma mənbəyini müəyyən edə biliblər. Bunlar Qum şəhərindəki tikintilərdən birində işlərən çinli fəhlələr olublar və onlar bir neçə gün əvvəl ölkələrinə qayıdıblar.

Bu arada Britaniya Kolumbiyasında da koronavirusa üçüncü yoluxma halı qeydə alınıb, sonuncu yoluxma halı İrandan təzə qayıtmış 30 yaşlı qadında aşkarlanıb. O, Vankuverin şərq hissəsindəki “Fraser Health” xəstəxanasına yerləşdirilib, həmin qadınla yaxın təmasda olanlar, habelə onunla eyni reysdə uçanlar virusa görə yoxlanılır.

Koronavirusun İranda sürətlə yayılmaqda olduğu bir vaxtda Küveyt bu ölkəyə bütün aviareysləri dayandırıb. Küveytin mülki aviasiya idarəsindən bildiriblər ki, son iki həftədə İrandan olanların hamısı karantinə yerləşdiriləcək. Bundan əvvəl İraq İranla sərhəd qapılarını bağlamışdı. İrana qonşu ölkələrdən Türkiyə də gediş-gəlişi məhdudlaşdırıb.

Azərbaycandan isə hər gün minlərlə adam ucuz ərzaq, məişət əşyaları, həkim xidməti və müqəddəs şəhərlərə ziyarət məqsədi ilə İrana axışmaqdadır. Azərbaycanın müvafiq strukturları sərhəddə nəzarəti gücləndirib və insanlarda hərarəti yoxlayan avadanlıqlar qoyub. Lakin problem bundan ibarətdir ki, koronavirusun inkubasiya dövrü 14 günə qədər çəkir, yəni yoluxanlarda bu müddət ərzində heç bir simptom qeydə alınmaya bilər. Nəticədə sərhəd-gömrük postlarında hərarətin yoxlanılması virusa qarşı effektli tədbir deyil.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930