Azərbaycanda REKORD YOLUXMA faktı: hər kəsin həyatı TƏHLÜKƏDƏDİR…

04.06.2020 - 00:35

Azərbaycanda koronavirusa rekord yoluxma həddi qeydə alındı: bir gündə 273 nəfər. Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 2-nə olan son statistikası ölkədə vəziyyətin təşviş yaradacaq səviyyədə olduğunu təsdiqləyir.

Xüsusi karantin rejiminin tətbiq edildiyi günlərdə iki rəqəmli olan yoluxma, yumşalma ilə üç rəqəmli səviyyəsinə qalxdı. Son statistikaya görə, bir gün ərzində 3 nəfər koronavirusdan vəfat edib, beləliklə, indiyə qədər vəfat edənlərin sayı 71 nəfərə çatıb. Yoluxma və sağalma statistikası arasındakı fərq də əvvəlki dövrlə müqayisədə mənfiyə doğru gedir.

Belə mənzərənin yaranmasına səbəb karantin rejiminin yumşaldılmasıdır. Bütün dünyada həyata keçirilən normallaşma prosesi özü ilə yoluxma və ölüm hallarının artmasını da gətirir. İnsanların normal həyata dönməsi və virusa yoluxmaması üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tövsiyələr hazırlayıb. Bu tövsiyələrdə iki məqam həyati əhəmiyyət daşıyır: tibbi maskadan istifadə və sosial məsafənin qorunması.

Azərbaycanda bu tövsiyələrin əməl edilməsi istiqamətində hökumət ciddi addımlar atır. Tibbi masakalardan istifadə edilməməsinə görə cərimələrin tətbiqi və sosial məsafənin saxlanılması tələbinə riayət olunmasına nəzarətin edilməsi yumşalma dövründə atıla biləcək ən vacib addımdır. Dövlət bunu həyata keçirir, lakin hər şey vətəndaşlardan asılıdır.

Sosial məsafənin saxlanılması; şəxsi gigiyenaya diqqətin edilməsi; tibbi maskalardan istifadə;

Tibbi maskalardan istifadə edilməsi məcburi edildi, əks təqdirdə, vətəndaş cərimə ödəməli olacaq. Yumşalma dövründə yoluxma hallarını qarşını almaq üçün dövlətin görə biləcəyi inzibati tədbir yalnız bundan ibarətdir. Lakin dövlət sosial məsafənin saxlanılmasına və vətəndaşların şəxsi gigiyena qaydalarına əməl etməsinə tam nəzarət edə bilməz və buna görə inzibati tədbirlərin görülməsi də mümkün deyil.

Əllərini yumayan, şəxsi gigiyenasına əməl etməyən vətəndaşı cərimələmək, yaxud hər kəsin evinə daxil olub şəxsi gigiyenaya əməl edilib-edilmədiyini müəyyən etmək mümkün deyil axı. İctimai nəqliyyatda, yaxud digər yerlərdə vətəndaşların sosial məsafə saxlamasına nəzarət etmək də çətindir. Bunun üçün ictimai nəqliyyatda oturacaqlardan tutmuş, dayanacaqlara qədər məsafə işarələnib. Amma vətəndaş bunu görə-görə məsafəyə əməl etmirsə, bu, onun şəxsi məsuliyyətsizliyindən irəli gəlir. Şəxsi məsuliyyətsizlik isə ilk növbədə özünü və doğmalarını təhlükə altına atmaq deməkdir.

Küçədə apardığımız müşahidələr və yoluxma halları ilə bağlı son statistikanın rekord həddə çatması məsuliyyətsiz vətəndaşların olduğunu təsdiqləyir. Məhz bu məsuliyyətsizlik Azərbaycanda pandemiya dövrünün rekord yoluxma halının qeydə alınmasına səbəb oldu.

Qonşu ölkələrdə – İran və Rusiyadakı vəziyyət də Azərbaycan vətəndaşının təhlükənin miqyasını alması üçün ciddi siqnal olmalıdır.

İran: son 24 saatda koronavirusdan vəfat edənlərin sayı 70 nəfər olub. Beləliklə, ümumi itkilər 8 min 12 nəfərə çatıb. Yoluxma isə son sutkada 3 min 134 nəfər artaraq, 160 min 696-ya çatıb. Mayın 2-də bu ölkədə bir gün ərzində 802 yoluxma halı qeydə alınmışdı, amma yumşalma prosesinin başlanması ilə bu rəqəm gün ərzində 3 mini ötdü. Bir ay öncə gündəlik ölüm faktı 50-dən aşağı idisə, dünən 81, bu gün 70 ölüm faktı qeydə alınıb. Buna səbəb karantin rejiminin yumşalması ilə ticarət mərkəzlərinin, bazarların, restoran və kafelərin, eləcə də digər iaşə müəssisələrinin fəaliyyətə başlaması, vətəndaşların isə tibbi maska və sosial məsafə tələblərinə əməl etməməsidir.

Rusiya: son 24 saatda 8 min 536 yeni yoluxma, 178 ölüm faktı qeydə alınıb. Ölkədə koronavirusa yluxanların ümumi sayı 432 min 277, vəfat edənlərin sayı isə 5 min 215 nəfərə çatıb. Ötən ayla müqayisədə yoluxma və ölüm hallarında artım müşahidə olunur.

Azərbaycanda da ötən ayla müqayisədə yoluxma və ölüm halları çoxalır. Bunun əsas səbəbi məhz məsuliyyətsiz vətəndaşlar, onların tibbi maska və sosial məsafənin saxlanılması tələbinə barmaqarası yanaşmasıdır. Bütün xalqın sağlamlığını təhlükəyə atan belələri ilə ilk növbədə cəmiyyət özü mübarizə aparmalıdır…

Asif Nərimanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147685

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930