Koronavirusla bağlı dünyada son durum: bu ölkələr virusa qalib gəlir – SİYAHI

04.06.2020 - 01:35

Dünyada və Azərbaycanda  koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir.

Lakin bəzi ölkələrdə pik hədd artıq geridə qalıb. Həmin ölkələrdə yoluxma sayı əvvəlki həftələrlə müqayisədə xeyli aşağı enib. Musavat.com xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə dünyada  6 milyon 519 min 181 nəfər koronavirusa yoluxub.  Ölənlərin ümumi sayı isə 384 min 839-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 3 milyon 102  min 908 nəfər sağalıb. Eyni zamanda hazırda 3 milyon 31  min 434 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 54 min 185 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə  aşağıdır.  Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 892 min 425 nəfər koronavirusa yoluxub. Son saatlarda 11  min 220  nəfər yoluxma, 576 nəfər isə ölüm halı qeydə alınıb.  Bildirək ki, ABŞ-da rəqəmlər əsasən Bakı vaxtı ilə saat 2 radələrində açıqlanır.

Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə Brazilya gəlir. Bu ölkədə də son günlər yoluxma və ölüm sayı kəskin şəkildə artır. Hazırkı saata görə artıq 4 min 69 nəfər yolxub, 139 nəfər isə ölüb. Brazilyada da saat fərqi olduğu üçün Bakı vaxtı ilə gecə saatlarında ölüm və yoluxma sayı tam olaraq açıqlanır. Məsələn, dünən Brazilyada 27 min 263 nəfər yoluxub, 1232 nəfər ölüb. Bu günlük say dünyada yoluxma sayına görə birinci yerdə olan ABŞ-ı da geridə qoyur. Belə ki, ABŞ-da dünən 21 min 882 nəfər yoluxub, 1134 nəfər isə ölüb…

Dünya üzrə üçüncü yerdə şimal qonşumuz Rusiya gəlir. Rusiyada bu zamana qədər 432 min 277 nəfər koronavirusa yoluxub, 5 min 215 nəfər isə dünyasını dəyişib. Bu gün Rusiyada 8 min  536 nəfər yoluxub, 178 nəfər isə ölüb. Rusiyada iki həftəyə yaxındır ki, günlük yoluxma qeyd etdiyimiz rəqəmlərin ətrafında olur.

Dördüncü sırada gələn İspaniyada bu gün 394 nəfər yoluxub, 1 nəfər isə ölüb. İspaniya artıq koronavirus kabusundan çıxıb. Bu ölkədə əvvəlki həftələrlə müqayisədə yoluxma sayında on dəfədən çox azalma var.

Siyahıda 5-ci olan İngiltərədə də yoluxma sayı əvvəlki həftələrlə müqayisədə dəfələrlə azdır. Belə ki, bu gün İngiltərədə cəmi 1871 nəfər yoluxub, 359 nəfər isə ölüb.

Siyahıda 6-cı olan İtaliyada bu gün 321 nəfər yoluxub, 71 nəfər isə ölüb. İtaliyada da əvvəlki həftələrlə müqayisdə ciddi şəkildə azalma var. Bu ölkə də artıq kabuslu günlərini arxada qoyub.

Növbəti sırada yer alan  Hindistandır. Hindistanda yoluxma sürətlə artır və ölkə siyahıda pillə-pillə önə doğru irəliləyir. Bu gün Hindistanda 9 min 578 nəfər yoluxub, 259 nəfər isə ölüb. Əgər belə davam edərsə yaxın günlərdə Hindistan İtaliyanı da geridə qoyacaq.

Almaniya siyahıda 8-cidir. Bu ölkədə son saatlarda cəmi 137 nəfər yoluxub, 8 nəfər isə dünyasını dəyişib.

9-cu yerdə Peru gəlir. Ölkədə günlük yoluxma sayı hələ ki, açıqlanmayıb. Lakin dünən bu ölkədə 4 min 845 nəfər yoluxub, 133 nəfər isə ölüb.

Qardaş Türkiyə siyahıda 10-cu yerə enib. Ölkədə bu gün 867 nəfər yoluxub, 24 nəfər isə ölüb. Türkiyədə də ötən həftələrlə müqayisədə günlük yoluxma sayında xeyli azalma var.

11-ci yerdə qonşumuz İrandır. Bu ölkədə son saatlarda 3 min 134 nəfər yoluxub, 70 nəfər isə ölüb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 17 -ci sıraya qədər enib. Bu gün Çində nə yoluxan, nə də ölən olmayıb…

Əli Rais,
Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147690

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031