Türkiyəli ekspert: Azərbaycan mükəmməl komanda ilə irəliləyir

06.10.2020 - 10:31

“Azərbaycan xalqı prezident İlham Əliyevin qərarlarının arxasında dayanıb, onu dəstəkləyərək işğal altında olan torpaqlarını geri alır. Qardaş ölkənin apardığı uğurlu hərbi əməliyyatlar belə bir nəticəni ortaya qoydu ki, bu torpaqlar diplomatiya masası qurulmadan azad edilməlidir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, keçmiş hərbi-pilot, Yeditepe Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın deyib.

O, bildirib ki, Azərbaycan mükəmməl planlaşdırılmış komanda heyəti ilə irəli doğru hərəkət edir: “Tərəflər arasında tarazlığı dəyişdirən ən əhəmiyyətli məsələ isə Azərbaycan xalqındakı ruh yüksəkliyi, mübarizə əzmi və motivasiyadır. Səfərbərliyi ilk olaraq Ermənistan elan etsə də, ermənilər savaşmaq istəmirlər.

Azərbaycan Ordusu yaxşı təlim keçib və müasir silahlardan istifadə edir. Faktlar sübut edir ki, ermənilər hərbçilərini bölgədə qandallayaraq saxlayırlar. Digər tərəfdən, Ermənistan xüsusilə son günlər xeyli sayda hərbi texnika itirdi və bununla da daha çox zəiflədi.

Əminliklə deyə bilərəm ki, müharibənin nəticəsini müəyyən edən ən əhəmiyyətli göstərici ruh yüksəkliyidir və Azərbaycan Ordusu ruh yüksəkliyi ilə döyüşür”.

Ekspert xarici müdaxilələrə məhəl qoyulmadan mübarizənin sağlam şəkildə aparılmasının vacibliyinə diqqət çəkib: “Biz Fransa və digər ölkələrin yalan ittihamlarına qarşı getməliyik. Digər vacib məsələlərdən biri də bölgədə muzdlu terrorçuların yuva qurmasına imkan verilməməsidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31