“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul olundu

06.10.2020 - 13:32

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra  hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

Qanuna ediləcək dəyişilikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.

Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31