Xameneinin müşaviri: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”

06.10.2020 - 14:29

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

“Report” İRİB-yə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə Azərbaycanla Ermənistan arasında yaranan gərginlikdən danışarkən bildirib.

“Beynəlxalq hüquqa əsasən ölkələrin ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşırıq. BMT üzvü olaraq bu məsələdə qətiyyətliyik. Bir ölkənin torpağı başqa bir ölkə tərəfindən işğal edilib. Azərbaycanın Respublikasının 7 rayonu işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqları tərk edərək beynəlxalq səviyyədə tanınan sərhədlərinə çəkilməsini  tələb edir”, – Əli Əkbər Vilayəti bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=155536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31