Düşmənin çoxlu sayda canlı qüvvəsi və texnikası məhv edildi

07.10.2020 - 15:26

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var.

Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var.

Short URL: http://www.cumhuriyyet.net/?p=155594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31