“Paşinyan Qarabağa gəlsə, vurulacaq” – fürsət
Elşad Musayev: “Paşinyan siyasi ömrünün, bəlkə də, fiziki ömrünün son çağlarını yaşayır”
Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın indi də gizli şəkildə işğal altındakı Azərbaycan ərazisinə-Xankəndinə gəldiyi və təcili geri qayıtdığı xəbəri yayılıb. Erməni baş nazir müharibənin şiddətli vaxtında belə, Qarabağa gəlir və orada qızışdırıcı bəyanatlar verməyə davam edir. Azərbaycan silahlı qüvvələri növbəti dəfə onu dəqiq zərbə ilə zərərsizləşdirə bilərmi? Bunu etsək, beynəlxalq birlikdən bizə qarşı hansısa təpki ola bilərmi?
Böyük Azərbaycan Partiyasının sədri, hüquqşünas Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan Azərbaycan qanunlarını, beynəlxalq hüququ açıq-aşkar pozaraq Azərbaycan ərazisinə gəlir: “İndiyə qədər o, bu qanunsuz hərərkətini dəfələrlə edib. 27 sentyabrda müharibə başlayandan sonra isə Paşinyanın bir dəfə gecə gizli şəkildə Xankəndinə gəlib təcili qayıtdığı barədə məlumat yayılıb. Göründüyü kimi, erməni baş nazir yenə də Azərbaycan qanunlarını pozur, Azərbaycanın dövlət sərhədini qanunsuz keçir. Ona görə də Azərbaycanın tam hüququ var ki, sərhədini qanunsuz keçən və ərazisizində müharibəni alovlandırmaq istiqamətində hərəkətlər edən istənilən şəxsi zərərsizləşdirsin. Müharibənin getdiyi vaxtda isə bunu etmək üçün qanuni imkanlar daha da artmış olur. Necə ki, ərazimizə qanunsuz soxulan Ermənistan zabitlərini, komandirlərini, əsgərlərini ordumuz atəş zərbəsi ilə zərərsizləşdirir, eləcə də eyni hərəkətə yol verən erməni baş nazirini də zərbə ilə zərərsizləşdirmək hüququmuz var. Nikol Paşinyan Qarabağa gələrsə bu hüququndan istifadə edə bilər. Buna görə heç bir beynəlxalq təşkilatın və dövlətin bizə təpki göstərmək hüququ yoxdur. Sərhədini qorumaq hər bir dövlətin beynəlxalq hüquqla təsbit olunan hüququdur. Azərbaycan bu hüququndan istifadə edir”.
Elşad Musayev
E.Musayev onu da bildirdi ki, Nikol Paşinyan yəqin daha qorxusundan Qarabağa gəlməyə cəsarət etməyəcək: “Ermənistan ordusu Qarabağda demoralizə olunub, Ermənistan əsgərləri qaçır, onlar artıq tükənirlər. Belə bir vəziyyətdə Paşinyan Qarabağa gəlməyə risk etməz. Əgər gələcəksə, quru yolu ilə gələcək, çünki hava yolu ilə gəlməsinin yüz faiz ölüm olacağını bilir. Quru yolu ilə hərbi avtomobildə gəlməsi də Azərbaycan ordusunun onu rahatca vurması ilə nəticələnəcək. Ona görə də yəqin ki, Paşinyan Qarabağa gəlməyəcək, gəlsə isə mülki avtomobillə gizli şəkildə gəlməyə cəhd edə bilər. Azərbaycan ordusunun imkanları bu halda da onu zərərsizləşdirmək imkanındadır. Paşinyan etiraf etməsə də, fərqindədir ki, artıq uduzub. Dünya da artıq Paşinyanın, Ermənistanın tərəfində deyil. Azərbaycanın apardığı işin BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq konvensiyalara uyğun olduğunu dünya bilir. Ona görə də sabah ordumuz Azərbaycan ərazisinə qanunsuz soxulan Paşinyanı zərərsizləşdirsə də buna görə bizə təzyiq-filan olası deyil. Paşinyan kimi bir iti vursaq, uzağı bir-iki hay-küy salıb susacaqlar”.
Həmsöhbətimiz onu da dedi ki, Nikol Paşinyanı, ola bilsin, öz xalqı zərərsizləşdirəcək və Azərbaycan əsgərinin onu zərərsizləşdirməsinə ehtiyac qalmayacaq: “Ermənistan xalqı artıq Paşinyandan üz döndərir. Xalqın qəzəbi get-gedə artacaq və Paşinyanın siyasi ömrünə son qoyulacaq. Ola bilsin ki, həmin prosesdə fiziki ömrünə də son verilsin. Paşinyanla haqq-hesabı öz xalqı çəkəcək. Erməni xalqına elə böyük zərbə vurub ki, bağışlanmayacaq. Paşinyan siyasi ömrünün, bəlkə də fiziki ömrünün son çağlarını yaşayır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=155755