Çavuşoğlu: “Atəşkəslə birgə Ermənistana Azərbaycan ərazilərindən çəkil çağırışı da olmalıdır”

13.10.2020 - 15:41

“Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Heç kəs müharibə istəməz. Atəşkəs çağırışlarından əlavə, Ermənistana da Azərbaycan ərazilərindən çəkil çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzunu görə bilərik. Ancaq bu çağırış, təəssüf ki, edilmir. Ukrayna və Gürcüstandakı vəziyyəti dəyərləndirərkən ATƏT daxil olmaqla hamımız deyirik ki, Rusiya və ya oradakı ünsürlər oradan çəkilməlidir, ora Gürcüstan və Ukrayna əraziləridir. Amma Qarabağ məsələsində eyni çağırışı etmirik”, – o vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155981

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31