Ordumuz yeni əraziləri işğaldan azad edib, prezident anons verdi – Akif Nağı “Canlı debat”da

14.10.2020 - 14:17

Vətən müharibəsinin 18-ci günündə Rusiyanın vasitəçiliyi ilə baş tutmuş humanitar atəşkəs düşmən tərəfindən pozulur. Ali Baş Komandan İlham Əliyev bu dəqiqələrdə açıqlama verib ki, bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndi işğaldan azad edib və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. “Bu səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı” deyən İ.Əliyev bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcəyini anons edib. Ordumuz düşmənin cəbhədə və diplomatik sahədə mərkli əməllərinə baxmayaraq, uğurlarının siyahısını genişləndirir. Sırada hansı rayon və kəndlərdir? Qələbəyə nə qədər qalıb? Prezident İlham Əliyevin Ermənistanla, Paşinyanla bağlı dediyi son açıqlamalar nəyin anonsudur?

Bu və digər sualların cavabını “Canlı debat” verilişində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cavablandırır.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=156040

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31