Azərbaycan ordusu düşmənin daha bir neçə texnikasını ələ keçirdi

14.10.2020 - 15:35

Azərbaycan ordusunun cəbhənin Füzuli istiqamətində uğurları davam edir.

“Yeni Müsavat” qəzetinin cəbhənin Füzuli istiqamətinə ezam olunmuş müxbirləri xəbər verir ki, ordumuzun qəhrəman əsgərləri ermənilərin daha bir neçə texnikasını qənimət olaraq ələ keçirib.

Əməkdaşlarımız xəbər verir ki, saz vəziyyətdə olan texnikaların sayı müşahidələrinə görə, ən azı 3 ədəd olub. Həmin hərbi texnikalar əsasən yük və qida daşınması üçün istifadə edilirmiş.

Bununla bağlı tam təfsilatlı məlumatla Müdafiə Nazirliyinin rəsmi açıqlamasından sonra tanış ola biləcəyik.

Qeyd edək ki, bu gün artıq atəşkəsin 5-ci günüdür. Amma ilk gündən etibarən düşmən atəşkəsi pozaraq işğaldan azad edilmiş torpaqlarımızı geri almağa cəhd edərək bir neçə həmlə edib. Həmçinin ordumuzun mövqelərini və cəbhəboyu kəndlərimizi atəşə tutub. Azərbaycan ordusunun cavabı dayanmır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156060

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031