Müharibədə yerli istehsal olan silahlarımız da düşmənə od qoyur

16.10.2020 - 10:51

Ekspert deyir ki, yerli silahlarımız məhz bu müharibə üçün nəzərdə tutulmuşdu

Düşmənin təxribatına cavab olaraq Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı Vətən müharibəsində bir məsələ ətrafında da çoxsaylı müzakirələr açılıb. Bu da son 20 gündəki savaşda yerli istehsalımız olan hansı silahlardan istifadə etməyimizlə bağlıdır. Hərbi ekspertlər Mübariz pulemyotundan, yerli istehsal olan hərbi maşınlardan, PUA-lar və s. kimi silahlardan istifadə olunduğunu qeyd edirlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Yeni Müsavat”a bu müharibədə yerli silahlardan geniş istifadə olunduğunu söylədi: “2016-cı ilin aprel döyüşlərində də yeni silahlarımızdan istifadə olunmuşdu və uğur qazanılmışdı. İndi də yerli silahlarımıza üstünlük verilir. Bu da təbiidir. Azərbaycan həm silah idxal edir, həm də müdafiə sənayesi potensialını artırır. Bunun əsas səbəblərindən biri odur ki, gələcəkdə asılılığı minimuma endirsin. Türkiyə, Rusiya, İsrail, Pakistan, Belarus, Ukrayna, İran, Şərqi Avropa ölkələri və digər dövlətlərdən biz silahlar idxal edirik. Yerli istehsal olan bəzi silahlara milli qəhrəmanlarımızın adı verilib. Mübariz İbrahimovun adı verilən, ”İstiqlal” silahlarımız var. Milli qəhrəmanımız, rəhmətlik Səfiyar Behbudovu ermənilər Xocalıda diri-diri yandırıblar. Minamyotun birinə onun adı verilib ki, bu silah indi düşmənin başına od ələyir. Döyüş maşınları var ki, yerli istehsaldır, onlardan geniş istifadə olunur. Mərmilərimiz var ki, öz yerli istehsalımızdır.

Bu yardımın mənəvi dəyəri daha böyükdür” – Emin Həsənli

Emin Həsənli

2016-cı ilin aprel döyüşlərində sınaqdan çox uğurla keçən silahlarımız var ki, indiki döyüşlərdə istifadə olunur. Gələcəkdə daha geniş formada silah istehsalı olacaq. Bir çox məsələlərdə öz daxili tələbatımızı ödəyəcəyik. Son müharibə Amerika generallarının da dediyi kimi, dünyaya yeni bir baxış gətirdi ki, elə silahlar var ki, onlardan, ümumiyyətlə, imtina etmək lazımdır. XXI əsrin silahları var ki, onlar daha önəmlidir. Müasir silahlar var ki, onlardan istifadə etmək zərurəti yaranıb. Bəzi silahlar gələcəkdə silahlanmadan çıxacaq. Bir məsələyə də toxunmaq istəyirəm ki, dağlarda və şəhərdə döyüş aparmaq çətindir. Xüsusən, Qarabağın relyefi elədir ki, biz aşağıdan yuxarı qalxırıq. Buna baxmayaraq, onların istehkamları var ki, Azərbaycan Ordusu onları darmadağın edir. Yerli silahlarımız məhz bu müharibə üçün nəzərdə tutulmuşdu”.

Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov: “Bu müharibədə Azərbaycan demək olar ki, bütün silahlardan istifadə edir. Son illərdə ordumuz üçün alınan silahların hər biri istifadə edilir. Bunlar da özünü ən yüksək səviyyədə doğrultdu. Düşmənlə təmasa girmədən istifadə etdiyimiz silahlar daha çox pulemyotlar, snayper tüfəngləri və atıcı silahlar oldu. Düşmənlə biz birbaşa çox təmasa girməsək də, əsgərlərimiz o silahlardan ustalıqla istifadə etdilər. Bundan əvvəl bu silahlardan təlimlərdə də istifadə olunurdu. Böyük texnikalar onsuz da başqa ölkələrdən alınmışdı. Türkiyə, İsrail, Çin, Belarus, Rusiya kimi ölkələrin adlarını çəkə bilərik. İndi istifadə etdiyimiz silahlar yüksək dəqiqliyi olan silahlardır. Aydın məsələdir ki, ağır silahlar istehsal etmirik. Amma ordu üçün nə lazımdırsa, hamısı bu döyüşlərdə özünü yaxından doğrultdu. Son illərdə əldə etdiyimiz silahların hesabına xeyli uğurlarımız oldu. Zatən Azərbaycan qarşısındakı düşməni, onun havadarlarını yaxşı bilirdi. Bunun üçün lazım olan silah-sursatları almışdı. Bunlar bizə uğur gətirir, narahatlıq üçün heç bir əsas yoxdur. Düşməndən fərqli olaraq, öz yerli istehsalımız olan mərmilər var ki, birinci Qarabağ savaşında həmin silahları bahalı qiymətə alırdıq. Müdafiə Sənayesi Nazirliyinə aid olan zavodlar, müəssisələr müharibənin tələblərinə uyğun şəkildə fəaliyyət göstərirlər, özlərini də yetərincə doğruldurlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930