“Orduda könüllü şəkildə xidmət edən tibb işçilərimiz var”- Yaqut Qarayeva

16.10.2020 - 11:37

28 sentyabrdan başlayaraq TƏBİB-in idarə heyətinin üzvləri başda olmaqla, tibb işçiləri cəbhə bölgəsində olublar.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Təhsil Nazirliyinin bu gün keçirilən brifinqdə deyib:

“Bütün xəstəxanalara Bakıdan ezam olunan, həm də könüllü şəkildə xidmət edən tibb işçilərimiz var. Ən qaynar bölgələrdə TƏBİB-in işçi heyəti var və onlar xəstələrin təxliyyəsinə, müalicəsinə xidmət edirlər. Bu gün ölkəmizdə heç bir halda texniki dəstəkdən söhbət gedə bilməz. Bütün ehtiyyatlarımız var. Sadəcə insan resurslarında müəyyən məhdudiyyətlər var, bu gün hər bir tibb işçisi cəbhədə xidmət etmək istəyir. Bu gün necə ki, ordumuza dəstək oluruqsa, Koronavirusla mübarizə də qələbəyə dəstəkdir. Bu gün hər hansı tibb işçisinin yoluxması iş yerindən uzaqlaşdırılması deməkdir. Mütləq şəkildə karantin qaydalarına riayət etməliyik. Yalnız bu şəkildə qələbəmizə dəstək ola bilərik. Bu gün hər bir tibb işçisi könüllü sürətdə ordusunun arxasındadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156175

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930