Ordumuzun uğurlu əməliyyatı haqda AÇIQLAMA

21.10.2020 - 15:46

“Əvvəlcə məhdud sayda kəndlər işğaldan azad olunurdu. Elə gün olunurdu ki, 3 kənd açıqlanırdı. Amma indi 4 rayon ərazisindən hərəsindən 5, 6 və 7 kənd azad olunur. Bu, o deməkdir ki, əvvəlcə dar bir istiqamətdə 3 kənd geri alınırdısa, artıq bu zərbə istiqamətində ordunun ikinci eşalonu yardığı şübhəsizdir. Həm də yarılma ərazisindən genişlənmə var”.

BAKU.WS xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert əlavə edib ki, ordu artıq 4 rayon istiqamətində hücum edir: “Əvvəlcə Füzuli və Cəbrayıl istiqamətində, bir də şimaldan görünürdüsə, artıq 4 rayon istiqamətində hücum gedir. İntensivləşmə müsbət dinamika ilə davam edib. Gələcək tapşırıqlarda bu arta bilər.

Bəzən belə fikirlər səslənirdi ki, nə qədər təlim olar, müharibə nə vaxt olacaq? Həmin o təlimlər bu günlər üçün çox vacib idi. Təlimlər heç də düzənlikdə keçirilmirdi. Əsgərlər 100 kilometrlərlə dağlıq ərazilərdə bir rayonun ərazisindən digərinə keçidlər edirdi. Biz onları görmürdük, çox çətin ərazilərdə təlimlər keçirilirdi. Bu günlər üçün həmin təlimlər baş tuturdu.

Düşmənin real imkanları, əlində olan silahlar, yaratdığı mühəndis qurğularının xüsusiyyətləri nəzərə alınaraq əldə edilən silahlar, onların tətbiqi, əsgərlərin bu maneələri necə aşması – bunlar təlimlərdə tökülən tərin nəticəsidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156430

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930