Vəzifəsindən götürülən, “milli qəhrəman” adı verilən “general” – deyirlər, bu gün-sabah işinin başına qayıdacaq

28.10.2020 - 10:32

Srağagün xidməti avtomobili ilə Xocavənd rayonundakı hərbi hissəyə baş çəkməyə gedərkən ordu birləşmələrimiz tərəfindən vurulan “müdafiə naziri” Cəlal Arutyunyana “Artsaxın milli qəhrəmanı” fəxri adı verilib. Bu barədə qondarma rejimin rəhbəri Araik Arutyunyan fərman imzalayıb. 

Qeyd olunur ki, C.Arutyunyan erməni xalqının müdafiəsinin təşkilində böyük şücaət göstərib, hazırda yaralıdır və yaxın vaxtlarda sıraya dönəcək.

İndilikdə onun yerinə general-leytenant Mikael Arzumanyan təyin edilib.

Dünən Azərbaycan Müdafiə Nazirliyi tərəfində yayılan videokadrlarda isə C.Arutyunyanın avtomobilinin dronla vurulduğu, maşında olan iki nəfərin cansız bədəninin yol qırağında atılmış vəziyyətdə olduğu görünür. Sual çıxır: əgər həmin adamlar yaralıydılarsa, nədən onlara tibbi yardım göstərilmirdi?

Belə anlaşılır ki, “DQR” rəhbərliyi C.Arutyunyanın öldüyünü etiraf etməməklə döyüşçülər arasında ruh düşkünlüyünün qarşısını almağa çalışır.

C.Arutyunyanın avtomobilinin vurulduğunu göstərən videonu yenidən paylaşırıq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=156687

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728