cumhuriyyet.net
MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub • Cumhuriyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini artilleriya, minaatan və atıcı silahlardan atəşə tutub. Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Noyabrın 1-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Qubadlı rayonlarında yerləşən ordu bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
nesimi