Ermənilərin “suriyalı” döyüşçülər serialı – bu dəfə çılpaq “əsirlə”

02.11.2020 - 10:26

Ermənistanın hərbi-siyasi rəhbərliyi “suriyalı əsir döyüşçülər” teleserialının davamı olaraq 01.11.2020-ci il tarixində növbəti video paylaşıb.

Deyəsən bu dəfə AR Dövlət Sərhəd Xidmətinin hərbi formasından tapmadıqlarına görə “əsir” götürülən şəxsi üst geyimsiz dindirirlər. Bədənindəki xəsarət izləri xüsusilə qabardılan şəxsin nədənsə üz nayihəsində cızıq izi belə görünmür.

Musavat.com diqqəti bir məqama çəkir: budəfəki “əsir” birincidən daha hazırlıqlı olsa da, yenə də bəzi yerlərdə səhvlər buraxır və əvvəlcədən hazırlanan cavabı unudurdu.

Misal üçün sorğu aparanın “neçənci ildənsən” sualına qeyri ərəb dilində “yaşım?” cavabını verir və “bəli” təsdiqini alır.

Və ya “Sizə başqa hansı əlavə mükafatlar söz vermişdilər?” sualına “Əlavə heçnə verməyiblər, hər ayın sonu iki min dollar verirlər” cavabı erməni tərəfini qane etmədiyi üçün, yenidən ona sualı xatırladırlar ki, əvvəlcədən hazırladıqları cavabı alsınlar.

Eyni gündə erməni tərəfi birinci dəfə “sorğuladıqları” suriyalı kürdlə yeni dindirməni təqdim edirlər. Lakin onun və səhnələşdirilmiş videonu hazırlayanların ilk dəfə buraxdıqları səhvləri nəzərə alaraq, bu dəfə dindirməni “tamaşaçılara” erməni dilində təqdim edirlər.

Ermənilər və havadarlarının “Azərbaycanda suriyalı döyüşçülər” mövzusunda növbəti uğursuzluqlarını nəzərə alaraq, ümid edirik ki, növbəti dəfə ortaya heç olmazsa həqiqətə yaxın bir fakt qoya biləcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156791

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30