MN: Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur
Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
“Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur”, – deyə, açıqlamada vurğulanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=157038