44 günlük müharibəyə dair 7 dəqiqəlik icmal – VİDEO
30 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan müharibəsinin 44 günlük periodunun ölkəmizin xeyrinə nəticələnməsinin detalları barədə hələ çox danışılacaq, yazılacaq, bütün gerçəkliklər üzə çıxacaq, hadisə və nəticə eninə-uzununa təhlil ediləcək. Bir çox epizodlar hərb tarixinə qızıl hərflərlə yazılacaq, hərb dərsliklərində paraqraf olacaq, başqa ölkələr bu təcrübəni öyrənməyə çalışacaqlar.
İndilikdə isə 44 günlük müharibəyə dair isti-isti bir çox əyani, vizual materiallar hazırlanır. Onlardan birini təqdim edirik. Bu videoda müharibənin gedişi, şiddəti, müharibəylə maraqlanan, müdaxilə etməyə çalışan ölkələrin, tərəflərin mövqeyinə dair məlumatlar var.
Short URL: http://www.cumhuriyyet.net/?p=157137