Xüsusi Təyinatlılarımız Yuxarı Gövhər Ağa məscidini təmizləyirlər

12.11.2020 - 15:26

Sosial şəbəkələrdə Azərbaycan Xüsusi Təyinatlılarının Yuxarı Gövhər Ağa məscidində görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, görüntülərdə hərbçilərimizin məscidi süpürərək təmizlədikləri görünür. Azərbaycan Ordusu tarixi qələbəsinin sevincini yaşayır, Vətənimizə, abidələrimizə sahib çıxır.

Qeyd edək ki, Yuxarı Gövhər Ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=157151

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728