Rusiyalı ekspert: “Ermənistan uduzmağı bacarmalıdır”

13.11.2020 - 15:18

“Kapitulyasiyanı Azərbaycanın qələbəsi kimi qiymətləndirirəm. Ermənistanın bu razılaşmaya getməkdən başqa çarəsi yox idi. Elə Paşinyan da bunu bildirdi, amma digər tərəfdən onların çıxış yolu var idi: əvvəlcədən belə vəziyyətin yaranmasına yol verməmək. Onlar müharibədən əvvəl əlverişli şərtlər əldə edə bilərdilər. İndi – faktiki olaraq darmadağın olunduqdan sonra isə Rusiya məsələyə daxil oldu, sülhməramlı potensialı ilə yardım etmək qərarına gəldi və təbii ki, Azərbaycanın xoşməramlılığı olmadan bu, baş verə bilməzdi”.

Bunu “Report”a müsahibəsində beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Baş verənlərin hamısı Ermənistan üçün zərərlidir. İlk növbədə əhalinin öz hökumətinə qarşı məyusluğunu qeyd etmək olar. Axı hökumət illərdir xalqı misilsiz böyüklük, döyüş qabiliyyəti, Rusiyaya ehtiyac duyulmaması, özlərinin təkbaşına hər işin öhdəsindən gələcəyi ilə bağlı nağıllarla bəsləyirdi. Xalq Paşinyana demək olar heç nədən minlərlə gəncin ölməsini bağışlamayacaq”, – ekspert bildirib.

O, münaqişənin həllində Türkiyənin rolunu xüsusi qeyd edib: “Türkiyə Azərbaycanın əsas tərəfdaşı və etibarlı müttəfiqidir, həmçinin Türkiyə bir çox layihələrdə Rusiyanın tərəfdaşıdır. Türkiyəli sülhməramlılar ilk növbədə Azərbaycan tərəfində hərəkət edəcəklər və söhbət hələlik müşahidəçilərdən gedir. Rusiya Türkiyə hökuməti ilə razılığa gəlməyi bacarıb və təbii ki, gələcəkdə danışıqlar prosesinə uyğunluğa riayət edilməsində Rusiya kimi, Türkiyənin rolu da əhəmiyyətli olacaq”.

Politoloq Ermənistandakı vəziyyəti də qiymətləndirib və qeyd edib ki, indi heç kimə xaos lazım deyil. “Paşinyan razılaşmanı tamamlamalıdır, çünki onu imzalayıb və əldə olunan bütün razılaşmalar yerinə yetiriləcək. Ancaq indi Yerevanda dövlət çevrilişi baş verərsə və hakimiyyətə əldə edilən razılaşmaları ləğv etməyə çalışacaq ultramilli qüvvələr gələrsə, təəccüblənmərəm. Düşünürəm ki, nə Rusiya, nə də Türkiyə Ermənistanın razılaşma bəndlərini pozmasına icazə verəcək, çünki heç kimə xaos lazım deyil. Ermənistan yeni dünya həqiqətlərinə baş qaldıra bilməz. Ürəklərində hər şeyi geri qaytarmağa istəyə bilərlər, qoy istəsinlər, amma yenə də heç nə alınmayacaq”, – Y.Mixaylov söyləyib.

Ermənistanın razılaşmaya nə dərəcədə ciddi yanaşacağını və Ermənistanın qəfildən razılaşmaya əməl etməkdən boyun qaçırma ehtimalını şərh edən ekspert bildirib ki, imzalanmış bəyanatda qalan ərazilərinin qaytarılması üçün kifayət qədər qısa dövr göstərilib və dekabr ayına qədər işğal altındakı bütün torpaqlar azad olunmalıdır: “Ermənistan razılaşmanı pozub-pozmayacağını qoşunlarını geriçəkmə cədvəlinə uyğunluğunu görəndən sonra biləcəyik. Təbii ki, Rusiya və Türkiyə bunu izləyəcək. Ermənistanın razılaşmanı pozub-pozmayacağını dəqiq deyə bilmərəm, ancaq hökumət binalarının talan edilməsi, siyasi fiqurların döyülməsi məni ehtiyatlı olmağa sövq edir. Ermənistan həmişə belə şeydən əziyyət çəkib, bir neçə ildir Ermənistan parlamentində davalara şahidlik edirik. Bunlar demokratiya əlamətləri deyil, normal dövlətin və güclü hökumətin olmamasıdır. Uduzmağı da bacarmaq lazımdır”.

Sonda politoloq münaqişənin həlli nəticəsində bölgədə açılan perspektivlərdən bəhs edib: “Münaqişənin həlli bütün bölgə üçün böyük perspektivlər vəd edir. Hər şey yoluna qoyulduqda ilk növbədə Xəzər regionu inkişaf edəcək. Bütün bunlar yeni logistika sisteminin yaranmasına gətirib çıxaracaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157182

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930