“Zəngilan-Mehri- Naxçıvan dəhlizi beynəlxalq tranzit layihələrin əhəmiyyətini artıracaq” – Azər Badamov

14.11.2020 - 10:59

“Müharibəyə qədər biz ancaq torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar düşünürdüksə, müharibənin nəticələri o qədər möhtəşəm oldu ki, biz düşməni Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin ayırmasına da imza atdırdıq”.

Bunu Musavat.com-a açıqlamasında iqtisadçı, millət vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, bu dəhlizin böyük iqtisadi və siyasi əhəmiyyəti olacaq: “Siyasi əhəmiyyətdən danışılanda qeyd etmək istəyirəm ki, yol Türkiyəyə qədər uzanmaqla Türk dövlətlərini quru yolla birləşdirəcək. Hətta buna Turan yolu da deyilir. İqtisadi tərəfinə gəlincə, 30 il idi ki, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsi kəsilmiş və blokada vəziyyətində idi. İnsanların hərəkətində, yüklərin daşınmasında böyük çətinlik yaşanırdı. Bu dəhlizin açılması həm Naxçıvanla mövcud problemləri aradan qaldırır, həm də Azərbaycanı Türkiyəyə quru yolla bir başa birləşdirir. Türkiyə ilə quru sərhədin yaranması həm də Avropaya açılacaq qapımız deməkdir. Yəni , Zəngilan-Mehri- Naxçıvan dəhlizi Azərbaycanın üzərindən keçən beynəlxalq tranzit layihələrin əhəmiyyətini daha da artıracaq. Bu da gələcəkdə beynəlxalq yükdaşımalarda ölkəmizin payının artması deməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=157222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728