“Azərbaycan yenidən müharibəyə başlaya bilər” – AÇIQLAMA

17.11.2020 - 15:28

“Noyabr ayının 10-da imzalanmış bəyanatda 9 bənd var. Həmin bəndlərdən biri də qaçqın və məcburi köçkünlərin öz tarixi yurd-yuvalarına qayıtmasına həsr olunub. Erməni tərəfi istəsə də, istəməsə də Azərbaycan qanunları altında birgə yaşayışa razı olacaqlar. Razılaşmayanlar isə birmənalı olaraq Dağlıq Qarabağdan yaşaya bilməyəcək”.

Bu sözləri  millət vəkili Elman Nəsirov deyib. Onun sözlərinə görə, insanların birgə yaşayışı asan olmayacaq:
“Burada söhbət Azərbaycan və erməni icmasının birgə yaşayışından gedir. Uzun müddət düşmənçilik şəraitində olan insanların birdən-birə birgə yaşayışı təbii ki, asan məsələ deyil, bunun üçün müəyyən zaman lazımdır. Sülhməramlıların yaradılması və münaqişə bölgəsinə göndərilməsi ideyası da bu vəziyyətdən qaynaqlanır. Müəyyən müddət ərzində sülhməramlı qüvvələrin nəzarəti olmalıdır ki, insanlar arasında gözlənilən toqquşmalar baş verməsin”.
E.Nəsirov ermənilərin birgə yaşamaq istəməməsi ilə bağlı da danışıb:
“Ermənistan televiziyalarında birgə yaşayışın mümkünsüz olduğunu bildirirlər. Lakin, ölkə daxilində sağlam məntiqlə düşünə bilən insanlar var və onlar bilir ki, əgər bu razılaşmanın tələbləri pozularsa, Azərbaycan vətəndaşlığını qəbul etməyib, birgə yaşamaqdan imtina edərlərssə, bu, artıq imzalanmış razılaşmaya xitam verilməsi anlamına gəlir. Razılaşma olmayan yerdə də təkrar müharibə olacaq. O müharibə ki, Ermənistan ağ bayraq qaldırmışdı. Əgər biz müharibəni bir az da davam etsəydik, onlar üçün bu, fəlakət olardı. Kapitulyasiya aktını imzalanmış bir dövlətin yenidən müharibəyə başlamaq gücü nə qədər ola bilər ki? Paşinyan özü son çıxışlarında da qeyd etdi ki, əgər o akta imza atmasaydı, təxminən 25 minlik əsgər və zabiti məhv ediləcəkdi. Bu baxımdan, onların hansısa iddiasına baxmayaraq, imzalanmış sənədin bütün bəndlərinə əməl ediləcək və o ermənilər Dağlıq Qarabağda yaşaya biləcək ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157363

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930