Stepanakert nə zaman Xankəndi olacaq?

18.11.2020 - 15:54

Bəzi vətəndaşlarımız, xüsusilə də gənc nəslin, az qala üç onillikdir işğalda olan torpaqlarımızla bağlı təbii olaraq bilmədiyi çox şeylər var. İqlimi, yerləşdiyi ərazisi, müharibədən sonra ermənilərin Qarabağda hansı zonada qaldıqları barədə mənzərəni təsvir etmək üçün bəzən heç xəritədə də kömək etmir.

Bu səbəbdən Vətən müharibəsində igidlərimizin sayəsində ermənilərin indi hansı coğrafi vəziyyətdə qaldığını hamının başa düşəcəyi misalla izah etməyə çalışacağam.

Sentyabrın 27-dək Stepanertdə (Xankəndində) yaşayan Aşot səhər evindən çıxıb, əvvəl Hadrutdakı qohumuna baş çəkib, oradan Füzuliyə, sonra Xocavənd istiqamətindən keçərək Şuşaya günorta yeməyinə çatdıra bilərdi. Oradan ürəyi istəsə, Laçına gedib burada məskunlaşmış ana-atasına baş çəkə, digər dığalarla hal-əhval tuta bilərdi.

susa-6 (1).jpg (36 KB)

Sonra Qubadlının kəndində məskunlaşmış qohumlarına da dəyib, orada da bir stəkan çaxır içə, sonra kefi istəsə, maşınını 300-350 kilometr də cənub istiqamətində sürüb Zəngilandan da keçməklə Cəbrayıladək gedə- Xudafərin körpüsünün yanında bir siqaret sümürüb bu azadlıqdan və genişlikdən həzz ala bilərdi. Qayıdanda Kəlbəcərdə gecələyib, səhəri gün aşağı yolla yenidən Stepanakertə qayıdardı…

Qarabağdakı ermənilər 1993-cü ilin 23 avqustundan-Füzulinin və Cəbrayılın işğaldan sonra bu cür geniş ərazimizdə doğub-törəyib, harınlayıblar. Özgə torpağında bu cür komfort və təhlükəsiz hərəkət etməyin gətirdiyi başgicəllənmə onunla nəticələndi ki, Dağlıq Qarabağ ətrafında zəbt olunmuş ərazilərimizi də xəstə xəyallarının məhsulu olan “Artsax”ın ərazisinə qatdılar.

15296527771033750866_1000x669.jpg (193 KB)

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindən sonra Aşotun indiki halına baxaq. Səhər dağılmış xarabasından çıxıb “hara gedim?” desə, başını qaldırıb altdan yuxarı Şuşanın dağlarına baxıb içi qovurulacaq. Sonra xatırlayacaq ki, daha yeznəsi Xoronenin yaşadığı Hadrut da işğaldan qurtulub. Laçın da yoxdur…İran sərhədi boyu uzanan “bufer zonanı” da Azərbaycan işğaldan azad edib! Kəlbəcər? O da yoxdur…

Bəs, hara getsin? İndi onun gorbagor olmuş “Artsax”ında boşalmış Xankəndidən, Əsgəran qalasından, Xocalıdan və Xocavəndin bir “kusok”undan başqa heç nə qalmayıb. Heç nə! O torpaqlar daha öz sahiblərində, Ordumuzun nəzarəti altındadır. Aşotun indi yalnız o günlərdən boz xatirələrdən başqa xatırlamağa heç nəyi yoxdur!

Sentyabrın 27-dək bizi hətta Yevlaxa qədər işğalla hədələyənlər indi “qəfəsdə kələm gözləyən dovşanı” xatırladırlar. Aşot dərdlənib necə ölməsin, necə Ordumuzun bu zəfərindən ağlamasın, necə Paşinyana qəzəblənməsin, necə xain ürəyi partlamasın?!

Ölkəyə nəzarəti itirmiş Ermənistan hakimiyyətinin cəhdlərinə, eləcə də Rusiyanın krizis mərkəzi yaradaraq geri qayıtmaq istəyənlərə hər cür yardım vəd etməsinə baxmayaraq, hələ ki, vəziyyət dəyişməyib. Ermənilər “Artsax”dan külü qalmış yerlərə qayıtmaq istəmirlər.

Ermənilərin bundan sonra təkcə Qarabağda deyil, elə Ermənistanda da necə yaşayacaqları sual doğurur. İrəvan çirkli su turbası kimi qaynayır, Qarabağdan qaçmış ermənilər geri qayıtmaq istəmirlər, çünki onlar necə yaşayacaqlarını müəyyən edə bilməyiblər.

Rusiya prezidenti Vladimir Putinin Qarabağın statusunun qeyri-müəyyən qalacağı barədə ötən gün dedikləri şübhəsiz ki, ermənilərin başına qaynar su töküb. Bu, “görbagor oldu status” deyən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinin dəstəklənməsi deməkdir.

Ermənilər kapitulyasiya səbəbindən nəzarətlərində saxlaya bildikləri “kusok”la nə edəcəklərini bilmirlər. Bu, illərdir özünü dünyada həyasızcasına və saymazyana aparan ermənilərə elə bil zərbədir ki, bunun yükünün altından çıxmaq getdikcə daha da çətin olacaq.

BMT-nin qaçqınları qarşılıqlı olaraq ərazilərə qaytarmaq istəyi alqışlanmalıdır, amma indilikdə bu da mümkünsüzdür. O cümlədən Xankəndiyə (və ya digər iki rayona) azərbaycanlı məcburi köçkünlərin qaytarılması da real deyil. Amma bir qədər gözlədikdən sonra ermənilər məsələn, Xocalıya qayıtma istəməsələr, Azərbaycan öz qanunları çərçivəsində məcburi köçkünləri o torpaqlara geri qaytarmağa başlamalıdır. O ərazilər də ilan mələyən çöllüklərə və xarabazara çevrilməsinə imkan verməyəcəyik.

rthrth.jpg (46 KB)

Mənim mövqeyim həmişə belə olub ki, bizə düşmən kəsilmiş millətlə ortaq gələcəyimiz yoxdur və Xankəndiyə də zəfər bayrağımızı sancmalıyıq. Amma Ermənistan son nəfəsində-Ordumuz Xankəndiyə istiqamətlənəndə Azərbaycanın şərtlərini qəbul etdi. Nəticədə hərbi əməliyyatlar dayandırıldı, Rusiya onları intihar ipindən aldı..

“Xocalıya niyə qayıtmırıq”, “Xankəndində bayrağımız nə vaxt dalğalanacaq” kimi suallar haqlı olsa da, amma indi onların üzərində baş sındırmağa ehtiyac yoxdur. Hər şey zamanla məlum olacaq və stepanakertli Aşotun indiki halı ermənilər üçün heç bir perspektiv vəd etmir.

Fransa və ABŞ nümayəndələrinin Qarabağda yaşananlarla bağlı Moskvada keçirilən bugünkü müzakirələr də mənasızdır. Onlar indən sonra ermənilərin cibinə ancaq pul qoya və təskinlik üçün “can-can” deyə bilər. Paris meriyasının guya torpaqlarımızda hələ də qalan ermənilərin “dövlətini tanımaq” kimi qərarının da heç bir hüquqi əsası olmadığını və bu kimi cəhdləri nə indi, nə gələcəkdə heç nəyi dəyişməyəcəyini ermənilər bizdən də yaxşı anlayırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157432

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30