Ermənistanın XİN başçısı dəyişdi, davranışı da dəyişəcəkmi?

21.11.2020 - 10:25

Azərbaycanın Vətən müharibəsində rüsvayçı şəkildə məğlub etdiyi təcavüzkar Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın istefası müzakirə mövzusudur. Artıq onun yerinə təyinat da olub. Bu Ara Ayvazyandır. XİN-dəki bu dəyişiklikdən sonra düşmən ölkənin xarici siyasətində dəyişikliklər olacaqmı, ermənilər heç olmasa bu dəfə haqq yolu axtaracaqlarmı kimi yaranan suallar ətrafında çoxsaylı fikirlər dolaşır.

Bütün bunlarla yanaşı, Ermənistanda hakimiyyət dəyişikliyi perspektivləri də axtarılır. Bu da əsassız deyil. Noyabrından 10-dakı üçtərəfli anlaşmadan sonra İrəvanı etiraz dalğası bürüyüb. Erməni baş nazir Nikol Paşinyan hökumətinin istefasını tələb edənlərin sırası durmadan genişlənir. Eyni zamanda, hakim komandada istefalar bir-birini əvəzləyir.

Bu da haqlı olaraq, Nikol Paşinyanın yeni hakim komanda quraq biləcəkmi, ona erməni müxalifəti və Rusiya imkan verəcəkmi kimi suallar ortaya çıxarır.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov: “Paşinyan hələ bir müddət hakimiyyətdə qalacaq, çünki…”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda köhnə ideologiyanın hələ bir müddət hökm sürəcəyini düşünür: “Bu ehtimal doğrusu, azdır. Çünki orada müdafiə naziri də, digər yüksək rütbəli hökumət təmsilçiləri də dəyişə bilər. Amma hələlik orada köhnə ideologiya hökm sürür. Məhz bunun çərçivəsində hesab edirəm ki, bir müddət onlar köhnə siyasətlərini həyata keçirəcəklər. Lakin bu müharibə istər-istəməz Ermənistan rəhbərliyini reallığı qəbul etməyə məcbur edib. Onlar Azərbaycanla bağlı eyni siyasəti, niyyəti həyata keçirməyə çalışsalar, təbii ki, gələcəkləri yoxdur. Gözləyək, hər halda bizim yolumuz haqq yoludur. Hesab edirəm ki, biz bu yolu davam etdirməliyik”.

Eks-diplomat düşmən ölkədə indiki vaxtda hakimiyyət dəyişikliyini real görmür: “Ən azından bir müddət düşünürəm ki, Paşinyan hakimiyyətdə qalacaq. Çünki həm Ermənistanın daxilində, həm də xaricində hamı başa düşür ki, birgə bəyannamədə nəzərdə tutulan tələbləri həyata keçirməlidir. Digər tərəfdən hakimiyyətə iddialı qüvvələr də yoxdur. Ermənistan müxalifətində olan qüvvələr başa düşürlər ki, onlar üçün reallıq bundan ibarətdir ki, məğlub tərəfdirlər. İndiki mərhələdə işğal edilmiş ərazilərin azad olunması və bundan sonrakı mərhələlər qarşıda durur. Paşinyan hələ bu işləri görməlidir. Ona qarşı olan hakimiyyətə iddialı qüvvə hələ ki, özünü göstərmir”.

T.Zülfüqarov Paşinyan hökumətində ard-arda istefalardan çıxış edərək yaranan erməni müxalifətinin və Rusiyanın ona yeni komanda qurmağa imkan verəcəkmi sualına belə cavab verdi: “Bir şeyi qeyd etmək lazımdır ki, bu müharibədən qabaq və indi müxalifətin əsas gücünü təşkil edən ruspərəst və bizdə ”Qarabağ klanı” adlandırılan qüvvələr mövcud idi. Amma biz gördük ki, onların həm müharibə dövründə, həm də indiki cəhdləri uğursuz oldu. Gördülər ki, vəziyyət heç də onlar üçün yaxşı deyil. Paşinyana hazırda bir çox ittihamlar səslənir. Amma nəzərə alaq ki, bu ittihamların bir hissəsi ondan qabaq  hakimiyyətdə olan “Qarabağ klanı”na aiddir. Görürük ki, məğlub olan nə Paşinyanın ordusu, nə də siyasətidir. İllərlə həyata keçirilən siyasət məğlub olub. Bu siyasəti həyata keçirənlər isə məhz “Qarabağ klanı”nın nümayəndələri idilər, Köçəryan və digərləri. Bundan qabaq siyasətdəki böhran indi özünü açıq şəkildə büruzə verdi. Hər halda biz bu hadisələri ciddi şəkildə izləməliyik. Bəlkə də biz qarşıda sağlam qüvvələrin ortaya çıxmasını görəcəyik”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli: “O artıq Qarabağ yükündən qurtulub və Qərbə daha çox meyllənə bilər”

Politoloq Əhəd Məmmədli isə hesab edir ki, Ermənistanın xarici siyasəti kimlərinsə hakimiyyətə gəlməsindən asılı deyil: “Onların xarici siyasətlərinin dəyişməsi üçün öncəliklə xəstə ideologiyaları dəyişməlidir. Bunu da mümkünsüz hesab edirəm. Ona görə düşünürəm ki, bundan sonra da eyni anda Rusiya və Qərbin yer aldığı stulda oturmaq istəyəcəklər, təbii ki, Paşinyan iqtidarda qalsa. O artıq Qarabağ yükündən qurtulub və Qərbə daha çox meyllənə bilər. Bu da şübhəsiz ki, Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirəcək. Nəticədə hər şeyin Azərbaycanın xeyrinə olacağı düşüncəsindəyəm. Qarşıdakı zamanda çox şeyə şahidlik edəcəyik. Paşinyan hakimiyyətdə qaldığı sürəc Rusiyanın maraqlarına uyğun deyil. Bu hökumət daha çox Qərbin maraqlarına cavab verir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157558

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930