Damir Muhetdinov: “O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb”

21.11.2020 - 15:10

“Müsəlman abidələrinin təhqir və məhv edilməsinə göz yumaraq yalnız Dağlıq Qarabağdakı xristian kilsələrinin qorunmasını zəruri hesab etdiklərini tamamilə açıq şəkildə göstərən mədəniyyət xadimlərinin seçici yanaşması məni heyrətləndirdi”.

Bunu Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, içərisində rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri olan bir qrup rusiyalı mədəniyyət xadimi UNESCO-ya müraciət ünvanlayaraq Dağlıq Qarabağ regionunun xristian mədəni, bədii və memarlıq irsinin abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsini xahiş edib.

“O ərazilərdə qondarma rejim olduğu onilliklər ərzində bölgədəki 67 məsciddən 63-ü dağıdılıb! Zərər görmüş tarixi və mədəni abidələrin sayı yüzlərlədir. Qarabağın yüzlərlə müsəlman abidəsinin başına gələn mədəni fəlakətə tamamilə məhəl qoyulmadan mülkiyyəti Alban-Udin kilsəsi tərəfindən mübahisə predmetinə çevrilən kilsələrin potensial məhv edilməsinə dair eyhamları həyasızlıq kimi qiymətləndirərdim”, – o yazıb.

D.Muhetdinov vurğulayıb ki, obyektiv yanaşma ilə istənilən müşahidəçi Azərbaycanın özünü bütün dini ənənələrə eyni dərəcədə hörmət edən, çoxmədəniyyətli dövlət kimi göstərdiyini qeyd etməyə məcburdur. “Bakı dəfələrlə Dünya dini liderlərinin Sammitinin paytaxtı seçilib”, – o bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini YUNESKO-nun Qarabağın tarixi irsinə diqqətini cəlb etmək faktını tamamilə düzgün hesab etdiyini söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157575

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930