Türkü, talışı, avarı, rusu ilə yoğrulan müzəffər Ordu: bizi niyə bölə bilmədilər? – Zahir Əzəmətlə canlı yayında…

02.12.2020 - 15:42

Biz çoxmillətli ölkə olmaqla fəxr edirik. Vətən müharibəsi günlərində bu zənginliklə, bu koloritliyimizlə daha da fəxarət duyduq, daha da ucaldıq, sevindik və böyüklüyümüzü dünyaya göstərdik.

Biz böyükük. Bizim heç kəsə kinimiz, faşist yanaşmamız yoxdur. Hamıya qucaq açırıq, hamıyla dost olmağın tərəfdarıyıq. Kim bizə qarşı nankor çıxırsa, onun ilahi cəzası gec olur, güc olur.

Elə bu gücü də, dirsəyi də, yumruğu da, daban yalatmağı da çoxmillətli Azərbaycan Ermənistana 44 gün ərzində göstərdi – türkü, talışı, ləzgisi, avarı, tatı, kürdü, rusu ilə yoğrulmuş Ordusu hesabına… – 1-ci Qarabağ savaşında olduğu kimi!

Odur ki, Qarabağ üçün bu vətənin hər millətdən olan oğlunun qanı töküldü, qan tökdülər. Düşmən isə elə bilirdi ki, bizi parçalamaq, bizi bölmək olar, ölkəmizin köklü xalqlarını ayıra bilərlər.

Olmadı, ola da bilməzdi! Bu ölkədə rasizm, ksenefobiya, antisemitizm heç vaxt olmayıb. Faşizm bu ölkəyə yad ünsürdür.
Bəs bizi xalq olaraq bu cür qüvvətləndirən nədir? Ermənilər aramıza nifaq toxumu nə üçün səpə bilmirlər? Əlikramlar, fəxrəddinlər niyə məkrli arzularına çatmadı?

Bütün bu söhbətləri Musavat.com-un canlı yayımında “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu qaynar.info xəbər portalının baş redaktoru, şair, milliyyətcə talış olan Zahir Əzəmətlə müzakirə edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157940

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930